Sabah ın rəqibinin kapitanı ÇL in əsas mərhələsi üçün heyətə daxil edilməyib
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dortmund "Borussiya"sının kapitanı Əmrə Can Çempionlar Liqasının əsas mərhələsi üçün komandanın heyətinə daxil edilməyib. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı müdafiəçi çarmıxvari bağının cırılması səbəbindən martdan bəri sıradan çıxıb. Onun bu mövsüm meydana qayıdacağı gözlənilir.
Yeni transfer olunan Yannis Konstantelias və gənc istedad Castin Lerma da "Borussiya"nın heyətində yer almayıb. Hər iki oyunçu hazırda zədəlidir. Dortmund klubu turnirin pley-off mərhələsinə yüksələrsə, yanvarın sonlarında yeni oyunçular qeydiyyatdan keçirə biləcək.
Qeyd edək ki, "Borussiya" Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda çərşənbə axşamı evdə İspaniyanın "Vilyarreal" komandası ilə oynayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 05 Sentyabr 2026 08:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















