Sabah Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 25 avqust, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 26 Avqust – Laçın Şəhəri Günü dördüncü dəfə təntənə ilə qeyd olunacaq.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, doğma yurda qayıdan laçın sakinləri, mədəniyyət xadimləri, eləcə də çoxsaylı qonaqlar iştirak edəcəklər.
Şəhər Günü münasibətilə Laçının müxtəlif məkanlarında rəsm sərgiləri, uşaqlar üçün tamaşa nümayişləri və digər mədəni proqramlar təşkil olunacaq.
Həmçinin Azərbaycanın tanınmış incəsənət ustalarının və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert keçiriləcək. Proqramda milli musiqimizin zəngin irsini və milli rəqs ənənələrini əks etdirən rəngarəng çıxışlar nümayiş etdiriləcək.
Müxbir - Gülay Nəzərova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 25 Avqust 2026 23:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















