“Sabah” “Neftçi” oyunundakı hadisələrlə bağlı qərarlar
Icma.az, Qol.az saytına istinadən bildirir.
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
QOL.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
AFFA-nın yaydığı məlumatda bildirilib ki, “Sabah” – “Neftçi” matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” 800 manat cərimələnib.
Bu görüşdə “Sabah”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klubu 800 manat cərimə edilib.
Eyni oyun bitdikdən sonra “Sabah”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə paytaxt təmsilçisi 1500 manat cərimələnib.
Həmçinin bu qarşılaşmadan sonra “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 800 manat cərimə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 25 Aprel 2025 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















