Icma.az
close
up
RU
SABAH proqramının tətbiq edildiyi ixtisas sayı artırılır

SABAH proqramının tətbiq edildiyi ixtisas sayı artırılır

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Prezidentinin “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” müvafiq Sərəncamına əsasən, SABAH proqramının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Belə ki, artıq sözügedən proqramdan bütün ali təhsil müəssisələri, o cümlədən özəl ali təhsil müəssisələrinin xüsusi istedada malik tələbələri faydalanacaqlar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, yeni SABAH proqramının ilkin olaraq 10-dan çox ali təhsil müəssisəsini, 50-yə yaxın ixtisas üzrə 3000-ə yaxın tələbəni əhatə etməsi nəzərdə tutulur. Bu siyahıya artıq neçə illərdir SABAH çərçivəsində kadr hazırlığı aparan ənənəvi universitetlərlə yanaşı, ADA Universitetinin, Bakı Ali Neft Məktəbinin və özəl ali təhsil müəssisələrinin də qoşulması gözlənilir.

Digər yenilik isə SABAH proqramının tətbiq edildiyi ixtisas sayının artırılmasıdır. Bildiririk ki, ali təhsil pilləsinin həm bakalavriat, həm də magistratura səviyyələrinin bütün istiqamətləri üzrə bu proqramların açılması və xüsusi istedadlı tələbələrin 2-ci tədris ili ilə yanaşı, 1-ci tədris ilindən də proqramda iştirakının mümkünlüyünün təmin edilməsi nəzərdə tutulub.

Əlavə olaraq qeyd edək ki, proqram çərçivəsində ixtisasların əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulsa da xüsusilə müasir əmək bazarının tələblərinə və dünyada baş verən yeniliklərə uyğun təbiət, texnoloji və mühəndislik istiqamətlərində ölkəmiz üçün prioritet ixtisaslara say baxımından üstünlük veriləcək.

Növbəti mərhələdə proqrama doktorantların da qoşulması nəzərdə tutulur. Doktorantlar üçün tədrisəsaslı, yeni məzmunlu təhsil proqramlarının tətbiqi planlaşdırılır.

Qeyd edildiyi kimi, proqram ali təhsil müəssisələri və təhsilverənlər üçün də cəlbedici olacaq. Belə ki, proqrama qoşulan ali təhsil müəssisələrinin təhsil infrastrukturunun müasirləşdirilməsi, yeni laboratoriya və avadanlıqların alınması, tədris-metodiki və elmi bazanın gücləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur. Proqramda iştirak edən akademik heyət fərdi və peşəkar inkişaf məqsədi ilə müxtəlif təlimlərdən, birgə elmi tədqiqatlardan və beynəlxalq mübadilə proqramlarından yararlana biləcək. Proqramın icrasına əmək bazarının nümayəndələrinin də cəlb edilməsi nəzərdə tutulub. Belə ki, işəgötürənlərin təşəbbüsü ilə tələbələr müxtəlif təlimlərdə, təcrübə proqramlarında iştirak edə biləcəklər ki, bu da məzunların birbaşa işə cəlb etməsinə imkan yaradacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 İyul 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri