Icma.az
close
up
RU
Sabah qara bazara mane olur: Avropa modeli Bakıda

Sabah qara bazara mane olur: Avropa modeli Bakıda

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sabah" UEFA Çempionlar Liqasında keçirəcəyi 4 ev oyununun biletlərini vahid formada satışa çıxarıb.

Apasport.az xəbər verir ki, azarkeşlər bir bilet əldə etməklə "Slaviya" (Çexiya), "Borussiya" (Almaniya), "Barselona" (İspaniya) və "Napoli" (İtaliya) ilə matçları canlı izləyə biləcəklər.

Biletlərin qiyməti 35-285 manat aralığında dəyişir. Bu, Çempionlar Liqasının 4 qarşılaşması üçün yüksək olmayan məbləğdir.

Avropada uzun illərdir həyata keçirilən sistem ölkəmizdə ilk dəfə baş tutub. Bu sistemin əsas funksiyası komandanın sabiq azarkeşlərinin kənarda qalmamasına şərait yaratmaqdır. 

Həmçinin bu addım Azərbaycan futbolunun əsas problemlərindən biri olan “qara bazar”ın qarşısını almağa hesablanıb. 

“Barselona” ilə oyun üçün ölkə xaricindən minlərlə insanın gələcəyi ehtimal olunur.  Biletlər ayrı-ayrılıqda satışa çıxarılsa, xarici vətəndaşlar dərhal alaraq yerli azarkeşlərə bilet almaq imkanını azalda bilərdi.

“Sabah”ın bilet satışı layihəsi ilə bağlı ətraflı məlumat almaq üçün klubun mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq. O, “Apasport”un suallarını cavablandırdı:

“UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyimiz ev oyunlarına azarkeşlər tərəfindən böyük maraq göstərilir. Satışın ilk mərhələsində təqdim olunan biletlərin qısa müddətdə alınması da bunu bir daha göstərir.

Dörd ev oyunu üçün biletlərin vahid formada satışa çıxarılmasında əsas məqsəd Çempionlar Liqasında “Sabah”ın bütün qarşılaşmalarını stadiondan izləmək və komandamıza hər oyunda dəstək olmaq istəyən azarkeşlər üçün daha əlverişli imkan yaratmaqdır. Dörd qarşılaşmaya giriş imkanı verən biletlərin Çempionlar Liqası səviyyəli oyunlar üçün münasib qiymətə təqdim olunması da məhz azarkeşlərin maraqları nəzərə alınaraq müəyyənləşdirilib.

Bu satış modeli azarkeşlərin hər oyun öncəsi ayrıca bilet axtarmasına ehtiyacı aradan qaldırır, onlara əvvəlcədən bütün ev qarşılaşmalarında yerlərini təmin etmək imkanı verir. Xüsusi olaraq qeyd edim ki, biletlər tükənməyib. Satış prosesi daha çox azarkeşin bilet əldə edə bilməsi və sistemdə yarana biləcək sıxlığın düzgün idarə olunması məqsədilə mərhələli şəkildə həyata keçirilir. 

Bəzi azarkeşlərdə biletlərin qiyməti ilə bağlı bir qədər yanlış təsəvvür formalaşıb. Qeyd edilən məbləğin hər oyun üçün nəzərdə tutulduğunu düşünürlər. Əslində isə bir bilet almaqla hər 4 oyunda iştirak edə bilərlər. Yəni biletlər üçün qeyd edilən məbləğ hər 4 oyuna şamil olunur.  

Klub olaraq azarkeşlərimizin göstərdiyi böyük marağı yüksək qiymətləndirir və anlayışlarına görə təşəkkür edirik. İnanırıq ki, Çempionlar Liqasının bütün ev oyunlarında tribunaları birlikdə dolduracaq və komandamıza güclü dəstək verəcəyik”.

Qeyd edək ki, “Sabah” Çempionlar Liqasında “Slaviya” (13 oktyabr), “Borussiya” (20 oktyabr), “Barselona” (25 noyabr), “Napoli”ni (20 yanvar) qəbul edəcək.

“Sabah” – “Neftçi” matçı Təxirə salınır? “Turan Tovuz” – “Fənərbaxça” matçına BÖYÜK MARAQ “Turan Tovuz” – "Fənərbaxça” oyununun biletləri satışa çıxarılıb AFFA futzal üzrə seleksiya məşqləri təşkil edəcək II Liqa: “Qaradağ Lökbatan”dan darmadağın
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://apasport.az
archiveBu xəbər 22 Sentyabr 2026 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri