Icma.az
close
up
RU
“Sabah” “Qarabağ” səviyyəsində deyil” AÇIQLAMA

“Sabah” “Qarabağ” səviyyəsində deyil” AÇIQLAMA

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Cəmiyyətimizdə həmişə bir eyforiya yaranır. İnsanlar elə düşünürlər ki, əgər biz "Slaviya"ya qalib gəldiksə, deməli, "Barselona"ya, "Napoli"yə də qalib gələ bilərik. "Slaviya" matçından öncəki "Mançester Yunayted"lə oyunu götürək. Əslində, həmin görüşdə Valdas Dambrauskasın oyun fəlsəfəsində heç nə dəyişməmişdi. Lakin "Mançester Yunayted"lə oyun alınmadı. Niyə? Çünki "Mançester Yunayted" futbolçularının səviyyəsi "Slaviya"nın oyunçularından qat-qat yüksəkdir. Onlar rəqibə həmin qələbəni qazanmaq üçün imkan və şans vermirlər".

Bu sözləri “Yeni Sabah”a açıqlamasında idman jurnalisti Natiq Muxtarlı deyib. O bildirib ki, 1 qələbədən sonra illuziyaya qapılmaq olmaz:

"Nəzərə almalıyıq ki, Çempionlar Liqası ən güclülərin məskənidir. Dəfələrlə vurğulamışam ki, Çempionlar Liqasında oynamağın özü bizim üçün prestijdir. Məntiqlə Azərbaycan çempionatının qalibi orada olmamalıdır, amma varsa, bundan zövq almaq lazımdır. Lakin bir qələbədən sonra mütləq "bu oyunla komanda daha irəli gedəcək, tarix yazacaq" kimi illüziyalara qapılmaq olmaz. Çünki sabah böyük hesabla uduzanda, həmin bu oyun fəlsəfəsini tərifləyənlər "niyə riskli oynayırdın?" deyəcəklər. Və ya "Slaviya" ilə matçda 1:0 hesabı ilə irədə olarkən Dambrauskas müdafiəyə çekilmədi, oyun fəlsəfəsini dəyişmədi. Bütün bunlara baxmayaraq "Sabah" hesabı qoruya bilməsəydi, hamı Dambrauskası hesablarda irəlidə ola-ola niyə hücum etdiyinə görə ittiham edəcəkdi". pizza sifarişi

N.Muxtarlı əlavə edib ki, “Sabah” hələlik “Qarabağ”ın turnir təcrübəsinə malik deyil:

"Azarkeşin yanaşması tamamilə fərqlidir. Onların fikri sırf nəticəyə əsasən formalaşır. Lakin peşəkar yanaşma tam başqa şey deyir. "Sabah"ın bu turnirdə təcrübəsi yoxdur, ilk dəfədir oynayır. "Slaviya" isə artıq 10 ilə yaxındır ki, avrokubokların qrup mərhələsində mübarizə aparır. Bu, böyük təcrübə deməkdir. "Sabah"ın böyüməsi və təkmilləşməsi üçün uzun yol keçməsi lazımdır; onlar hələ "Qarabağ" səviyyəsində deyil. "Qarabağ" zəif oyunla belə təcrübəsi hesabına qalib gələ bilər, amma "Sabah" yox. Biz "Sabah"ın inkişafı üçün şərait yaratmalı və ona vaxt verməliyik. Qazanılan bu qələbə qrupda ilk və son da ola bilər, amma hər bir halda "Sabah"ın inkişafı və nüfuzu üçün çox vacib idi. Komanda Çempionlar Liqasında hələ çox şey öyrənəcək. Bununla belə, futbol sürprizlərlə doludur. Məsələn, "Qalatasaray" "Barselona"ya qarşı qorxaq futbol oynamadı, presinq etdi, lakin nəticə məlumdur. Halbuki "Qalatasaray"ın heyətində Avropanın nəhəng klublarının transfer etmək istədiyi futbolçular var. Belə olduğu halda, "Sabah"dan "Barselona" qarşısında nə tələb edə bilərik?"

Qeyd edək ki, "Sabah" komandası ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib. Bakı Olimpiya Stadionunda Çexiyanın "Slaviya" kollektivini qəbul edən Azərbaycan çempionu 2:0 hesablı qələbə qazanıb. Bu, "Sabah"ın Çempionlar Liqasının əsas mərhələsində və ümumilikdə Azərbaycan təmsilçilərinin Çexiya klubları üzərində ilk qələbəsi kimi tarixə düşüb.

Xatırladaq ki, "Sabah" ilk matçda İngiltərədə "Mançester Yunayted"ə məğlub olub - 0:4. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda növbəti matçını oktyabrın 20-də evdə "Borussiya"ya (Dortmund, Almaniya) qarşı keçirəcək. 

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Oktyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri