“Sabah” qələbəyə görə nə qədər qazanıb? Klubların siyahısı
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda keçirilən 9 oyunun nəticəsinə əsasən, klublara ümumilikdə 18,2 milyon avro bonus ödənilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Football Money”nin (FMD) hazırladığı məlumatda qeyd olunub.
Məlumata görə, qələbə qazanan 8 klubun hər biri 2,1 milyon avro (4 milyon manat) bonus əldə edib. Bunlar İngiltərənin “Arsenal”ı, İspaniyanın “Atletiko Madrid”i, “Barselona” və “Vilyarreal”ı, Belçikanın “Brügge”si, Almaniyanın “Leypsiq”i, Azərbaycanın “Sabah”ı və Portuqaliyanın “Sportinq”idir.
Çempionlar Liqasının ikinci turunda Almaniyanın “Bayern Münhen” və Norveçin “Vikinq” klubları arasında keçirilən görüş 3:3 hesabı ilə başa çatıb. Heç-heçə nəticəsinə görə hər iki komanda 700 min avro bonus qazanıb.
Məğlub olan 8 klub isə bu nəticələrə görə bonus əldə etməyib. Onların arasında Türkiyənin “Qalatasaray”ı, İtaliyanın “İnter” və “Napoli”si, Fransanın “Lill” və “Lans”ı, İngiltərənin “Mançester Yunayted”i, Niderlandın PSV-si və Çexiyanın “Slaviya Praqa”sı yer alıb.
Klubların qazandıqları bonuslar aşağıdakı kimi olub:
“Arsenal” – 2,1 milyon avro
“Atletiko Madrid” – 2,1 milyon avro
“Barselona” – 2,1 milyon avro
“Brügge” – 2,1 milyon avro
“Leypsiq” – 2,1 milyon avro
“Sabah FK” – 2,1 milyon avro
“Sportinq CP” – 2,1 milyon avro
“Vilyarreal” – 2,1 milyon avro
“Bayern Münhen” – 700 min avro
“Vikinq” – 700 min avro
“Qalatasaray” – 0 avro
“İnter” – 0 avro
“Lans” – 0 avro
“Lill” – 0 avro
“Mançester Yunayted” – 0 avro
“Napoli” – 0 avro
“PSV Eyndhoven” – 0 avro
“Slaviya Praqa” – 0 avro
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Klubların dünya reytinqi açıqlandı: Qarabağ, Zirə və Sabah gerilədi
10 Noyabr 2024 13:24
UEFA klubların 10 illik reytinq siyahısı: Qarabağ neçəncidir?
24 İyun 2025 11:01
Türkiyə Superliqasında heyəti ən bahalı olan klubların siyahısı
04 Sentyabr 2025 23:00
Klubların reytinqi açıqlandı
11 İyun 2025 11:23
Azərbaycan Basketbol Liqasında iştirak edəcək klubların yekun siyahısı açıqlanıb
21 Sentyabr 2026 11:15
Baxış sayı:86
Bu xəbər 14 Oktyabr 2026 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















