Icma.az
close
up
RU
Sabah Yel çərşənbəsidir İnanclar

Sabah Yel çərşənbəsidir İnanclar

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Sabah Azərbaycanda Yel çərşənbəsidir.

Modern.az xəbər verir ki, xalq təqvimi ilə Yel çərşənbəsi Novruz bayramının yaxınlaşmasından xəbər verən 3-cü çərşənbədir.
İnanclara görə, Yel çərşənbəsinin gətirdiyi isti küləklər yazın gəlişini yaxınlaşdırır, təbiəti isindirir.
Ona xalq arasında "Küləkli çərşənbə" də deyilir. 
Novruz şənliklərində icra olunan "Yel baba" mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.  
A Yel baba,
Yel baba,
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dən dağılıb dağ olsun,
Yel babamız sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl baba.
İnanclara görə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edib Yel babanı çağırmalısan. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqları tərpənsə, diləyin yerinə yetər.
Əski inanclara görə, Yel çərşənbəsində külək bütün dünyanı gəzərək oyanmış suyu və odu hərəkətə gətirir.
Yel xalqımızın mifik təfəkküründə yol göstərən bələdçi rolunu da oynayır. Yel çərşənbəsi həm də ilaxır çərşənbəyə hazırlıq deməkdir. Qədim insanlar küləyin həm də Allah tərəfindən göndərildiyini iddia ediblər. Yəni o, insanları həm əzizləyə, həm də cəzalandıra bilər.
Yel çərşənbəsi günü də tonqallar qalanmalıdır.
Qeyd edək ki, Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 25-də qeyd edilib.
Martın 4-də Od çərşənbəsi qalanıb.
Martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.
Azərbaycanda bu il yaz fəsli martın 20-si saat 13:01-dən başlayacaq.
Həmin gün gecə ilə gündüz bərabərləşəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Mart 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see415

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see410

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see317

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see303

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see301

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see294

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see275

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see272

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see272

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see269

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see265

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see260

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see257

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see251

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see248

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see240

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see235

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see230

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see225

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri