Sabah Yuventus la qarşılaşacaq
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Sabah" basketbol klubu yeni mövsümə hazırlıq çərçivəsində Litvada təlim-məşq toplanışı keçirəcək.
Sportal.az xəbər verir ki, toplanış avqustun 23-dən sentyabrın 14-dək davam edəcək. Bakı təmsilçisi hazırlıq prosesində Avropa turnirlərində mübarizə aparacaq klublarla yoxlama oyunları keçirəcək.
Paytaxt təmsilçisi avqustun 26-da "Yuventus Utena" (Litva), 29-da "Şyaulyay" (Litva), sentyabrın 3-də "London Layons" (Böyük Britaniya), 6-da isə "Jalgiris" (Litva) komandaları ilə qarşılaşacaq. Hazırlıq prosesi sentyabrın 12–13-də Klaypedada təşkil olunacaq "Vladas Qarastas Kuboku" ilə başa çatacaq. "Sabah" yarımfinalda Litvanın "Neptunas" klubu ilə üz-üzə gələcək.
Turnirin digər iştirakçıları isə "Zelli Riqa" (Latviya) və "Şyaulyay" komandalarıdır. Qeyd edək ki, "Sabah"ın yoxlama matçlarındakı rəqiblərindən "Yuventus Utena" Çempionlar Liqasında, "Şyaulyay", "London Layons", "Neptunas" və "Zelli Riqa" Avropa Kubokunda, "Jalgiris" isə Avroliqada çıxış edəcək.
saytlarin hazirlanmasi
Baxış sayı:97
Bu xəbər 18 Avqust 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















