Sabahdan kritik transfer həmləsi ÖZƏL
Apasport saytına istinadən Icma.az xəbər verir.
"Sabah" heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.
Apasport.az saytına verilən məlumata görə, Masazır təmsilçisi Coy-Lens Mikelsin qardaşı Leroy Mikelsi transfer etməyi planlaşdırır.
Artıq "Sabah" Leroyu heyətinə qatmaq üçün danışıqlara start verib. Almaniyalı futbolçunun özünün də qardaşı ilə birlikdə oynamaqda maraqlı olduğu bildirilir.
29 yaşlı yarımmüdafiəçi "Şamaxı"ya yayda keçib və onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
Leroy “Şamaxı”ya qədər “Sankt-Pauli” II, “Borussiya” II (Münhenqladbax), “Alemaniya Axen”, “Velbert 02”, “Duysburq”, “Rot-Vays Oberhauzen”, “Spartak”(Varna), “Türkgücü Münhen”, “Əl-Taraci” komandlarında oynayıb.
Baxış sayı:78
Bu xəbər 16 Dekabr 2024 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















