Icma.az
close
up
RU
“Sabah”ı avrokubok oyunlarına kim aparacaq? Berezutski postuna getdi, arxada isə böyük sirlərr buraxdı

“Sabah”ı avrokubok oyunlarına kim aparacaq? Berezutski postuna getdi, arxada isə böyük sirlərr buraxdı

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sabah” Futbol Klubunun (FK) baş məşqçisi Vasili Berezutski iyunun 14-də qəfil işindən ayrılıb.

Mia.az xəbər verir ki, klubun yaydığı rəsmi məlumatda baş məşqçinin ailəvi problemlərə görə işdən çıxdığı öz əksini tapıb. İddiaya görə, arvadı Olqa Berezutskinin səhhətində problemlər var.

Baş məşqçi ilə bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Brezutski “Sabah”a öz tarixində Azərbaycan kubokunu qazandıran adamdı. Baxmayaraq ki, klub Premyer Liqada mövsümü 5-ci pillədə 48 xalla başa vurmuşdu. Məhz Berezurskinin rəhbərliyi altında klub kubok finalında “Qarabağ”a sürpriz bir şəkildə qalib gəldi. Qarşıda “Sabah”ı prestijli avroliqa oyunları gözləyirdi. Berezutski məhz belə əhəmiyyətli vaxtda çıxıb getdi.

Nə olduğunu heç kim bilmir. Ailəvi məsələ deyirlər, o, da belə qəfil gediş üçün səbəb ola bilməz, məncə.  Çünki Berezutskinin arvadı Olqa çoxdandı, müalicə alır, elə ciddi xəstəliyinin olmadığını yazırlar.

Berezutski “Sabah”a təyinat alanda xanımı elə İspaniyada xəstəxanada onurğa problemi ilə bağlı müalicə alırdı, öz bloqunda xəstəxana ilə bağlı məzəli paylaşımlar edirdi. Nə oldu, Berezutskinin indi yadına düşdü ki, arvadı xəstədi?

Bu işdə bir iş var, deməkdən özünü saxlaya bilmirsən, əlbəttə.

Elə “Sabah”ın icraçı direktoru Ramin Həsənov da müəmmalı açıqlama verərək Berezutskinin qərarının “onlar üçün sürpriz olmadığını, baş məşqçinin bununla bağlı çox düşünüb-daşındığını, getmək planı qurduğunu” söyləməsi adamı istər-istəməz şübhəyə salır. Yəni, kuboku əldə edəndən bir gün sonra baş məşqçi ilə müqavilənin uzadıldığını söyləyənlər, 2 həftə sonra niyə onu yola salsın ki? Nə ailə məsələsi?

Görəsən, Berezutski dirəşib kuboku almaqla kimlərinsə hansısa planlarımı pozuldu? “Aldanmış kəvakiv” olmaq istəmədi bəlkə o da, Asif Bağırov və Cavid Hüseynov kimi?

Berezutski ilə birlikdə çox güman ki, onun köməkçiləri Dmitri Smirnov və Aleksandr Naqornı da gedəcək. Düzdü, onların müqaviləsi elə əvvəldən Berezutskiyə bağlı idi. Amma məlumata görə, Berezurskinin “dəstə”sindən “Sabah” nədənsə yalnız Aleksey Antonyuku klubda saxlayacaq. “Krasnodar” klubunun qapıçılar üzrə keçmiş baş məşqçisi hələ ki, “Sabah”da işinə davam edir.

Berezutski təyin olunan gündən mənə çox iddialı göründüyü üçün onu izləyirdim desəm, səmimi olaram. “Sabah”ın ondan əvvəlki iddiadan daha çox təkəbbürlü baş məşqçisi Krunoslav Renduliçi belə geridə qoymuşdu Berezutski. Düzdü, Premyer Liqa klublarının arasında ən varlı klub olan “Sabah”ı çalışdırmaq adamda istər-istəməz bir təkəbbür yaradır.

Yeri gəlmişkən, “Rusmeylli” sayılan Masazır klubu 2017-ci il sentyabrın 8-də “Bridge Group of Companies”in rəhbəri Yaqub Hüseynov tərəfindən yaradılıb və Y.Hüseynov həmçinin klubun müşahidə şurasının sədridi.

“Sabah”ın təkcə 2024-cü ildə büdcəsi 27 milyon manat olub. Bu, böyük rəqəmdi.

Bəs belə imkanlı kluba gələn Berezutski özü kim idi ki? “Sabah”la 2,5 illik müqavilə bağlayan, MOİK Moskva FK-nun və Rusiya millisinin müdafiəçisi olan 42 yaşlı Berezutski buna qədər Rusiyanın MOİK Moskva FK və “Krasnodar” FK-da, Niderlandın “Vitessa” FK-da və Çinin “Şanxay Şenxua” FK-da məşqçi heyətində olub. O, “Sabah”da baş məşqçi kimi özünü ilk dəfə sınayırdı. Onun Azərbaycandakı fəaliyyəti, baş məşqçi kimi ilk debütü Rusiya məkanında maraqla izlənilirdi. Hətta kuboku qazanandan sonra buna reqion idman klubları arasında ilk reaksiya verən də elə MOİK Moskva oldu. Onlar “Kubok Azerbaydjana, toje armeyskaya!” yazaraq Berezutskinin MOİK şinelindən çıxdığını xatırlatmağı unutmadılar.

 Berezutskinin “Sabah”ının kuboku alacağı deyəsən, ən son ağla gələn versiya idi bizim idman məkanında. Unutmaq olmaz ki,  “Qarabağ”ın qələbəsindən həm də “Turan-Tovuz” asılı idi, onun da avrokubok oyunlara yolu açılırdı. Hərçənd bizim qumarabənzər futbolumuzda meydanlarda hər kəsin taleyinin həll olunduğuna mən uşaq kimi inanmaq istəmirəm, amma “Sabah”ın kubok oyunu həqiqətən həyəcanlı idi.

Yeri gəlmişkən, mən hər fürsət düşəndə “Qarabağ”ı çalışdıran Qurban Qurbanovdan “Sabah”ın oyununu şərh etməyi xahiş etmişəm, adam da ehtiyatla cavab verib mənə. Rus məşqçi bir də Q.Qurbanova hörmətsizliyi ilə mənim yadımda qalıb. Yekəxanalıq da deyə bilərəm bu hərəkətə. “Qarabağ”la Premyer Liqa oyunlarından birində oyun sonrası protokola uyğun olaraq Qurbanovun əlini sıxmaq əvəzinə üzünü yana çevirib getmişdi. Qurbanov pərt halda bir neçə dəfə onun tərəfə baxsa da, Berezutski onu eyninə almayaq stadionu tərk etmişdi.

Yenə Berezutskinin kluba gəldiyi vaxtı yada salmaq istəyirəm. Keçən il noyabrın sonu idi, qış tətilinə 4 tur qalırdı və “Sabah” 7 oyun dalbadal uduzmuşdu. Mən düşünürdüm ki, “Sabah” mövzümün sonuna qədər özünü toparlaya bilməyəcək, necə ki, “Neftçi” toplaya bilmədi, Berezutski də sadəcə, məğlubiyyətlərə görə “günah keçisi” elan ediləcək və mövsümün sonunda da çıxıb gedəcək. Amma 2,5 illik müqavilə az şey demirdi adama. Belə uzun müddətli anlaşma ona işarə edirdi ki, “Sabah”ın rəhbərliyi Berezutskiyə inanır.

Bu ilki Premyer liqa “Sabah”ın 7-ci mövsümü idi və Berezutski klubun sayca 7-ci məşqçisi idi. Hər mövsümə necə deyərlər, bir məşqçi düşür. Onlardan da 5-i əcnəbi və 3-ü rusmeylli. Zarafat deyil, hər yeni məşqçi gələndə struktur dəyişir, kadrlar yenilənir. Bütün bunlar da maliyyə itkisi deməkdi.

Gələk Berezutskinin ailə məsələsinə. Həmin vaxtda yuxarıda dediyim kimi, baş məşqçinin arvadı Olqa İspaniyada müalicədə idi. O.Berezutskaya oraya gedəndə əri hələ Çin klubunda idi, Azərbaycana gəlməmişdi.

Ümumiyyətlə, xanım Berezutski ictimaiyyətdə tanınmış adamdı: “Vintaj” qrupunun keçmiş solisti, xoreoqrafı və prodüsseri olub, sinxron üzgüçülük üzrə dünya çempionudu, hazırda da aktiv bloqerdi, həmçinin mental və emosional idman üzrə trenerdi. Uşaqlıqdan müxtəlif xəstəliklər, o cümlədən ikitərəfli pnevmoniya, astma, allergiyanın ağır formasından əziyyət çəkib. Hətta uşaq vaxtı 2-ci qrup əlil olub. Onun hazırkı onurğa rahatsızlığı Berezutskiyə sürpriz deyildi. İndi bu xəstəlik səbəbiylə qəfil çıxıb getməsi də adamda istər-istəməz sual yaradır.

Ağlıma belə versiya gəlir ki, Berezutskinin rəhbərliyi altında “Sabah”ın avrokubok oyunlarına getməsini bizimkilər məqbul hesab etməyib. Berezutskinin hələ kubok sevincini MOİK-də belə canfəşanlıqla alqışlamışdılar. Avrokubok oyunlarda qazanılan qələbələrdə neyləcəklər? Bizimkilərə “bir rus”un qələbəsi münasib gəlmədimi yoxsa?

Yaxud, bəlkə Berezutskinin özünün düşünülmüş planı vardı?

Məsələn, MOİK də indi trenersiz qalıb... Berezutskinin sorağı oradan gəlməyəcəkmi, sizcə? Üstəlik, o gün MATÇ.TV deyirdi ki, Berezutskinin arvadı MOİK-dən iş təklifi alıb. O, klubun telekanalının aparıcı olacaq. Xanım özü də bloqunda “iş təklifi gözlədiyini” gizlətməyib.

Uzun sözün qısası, Allah bütün xəstələrə şəfa versin.

Roman Qriqorçuk kimi, Azərbaycan klublarını arada nəfəs alıb, vaxt keçirmək üçün “ostanovka” hesab edən insanlardan da futbolumuzu uzaq eləsin.  

Olan bizə olur, çünki.

“Sabah”ın görək, bir mövsüm içində 2-ci, bu 7 illik tarixində isə 8-ci baş məşqçisi kim olacaq.

Zülfiyyə Mustafayeva

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://mia.az
archiveBu xəbər 16 İyun 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri