“Sabah“ın baş məşqçisi: “Ölkədə təkcə “Qarabağ“ yox, başqa komandalar da var“
Icma.az bildirir, Moderator.az portalına istinadən.
"Mən buraya gəlmişəm ki, "Sabah" haqda suallara cavab verim. Nəyə görə daim "Qarabağ" haqda suallar verirsiniz? Bu məsələyə də münasibət bildirmək istəmirəm".
Moderator.az xəbər verir ki, bu sözləri "Sabah"- "Araz-Naxçıvan" matçından sonra keçirilən mətbuat konfransında Bakı klubunun baş məşqçisi Valdas Dambrauskas "Neftçi" - "Qarabağ" matçının təxirə salınması ehtimalı ilə bağlı suala cavab verərkən söyləyib.
"Qarabağ" haqda soruşmaq istəyirsinizsə, onların oyununa gedib, baş məşqçisinə sual verə bilərsiniz. "Sabah"ın oyununa gəlirsiniz və mənə "Qarabağ" haqda sual verirsiniz. Bu, haradasa hörmətsizlikdir. Siz bizə də hörmətlə yanaşın, bu ölkədə təkcə "Qarabağ" mövcud deyil, başqa komandalar da var. Mən "Qarabağ"a, gördükləri işə böyük hörmətlə yanaşıram", - deyə baş məşqçi vurğulayıb.
Qeyd edək ki, Misli Premyer Liqasında XIX turun ilk qarşılaşmasında "Sabah" evdə "Araz-Naxçıvan"ı 4:1 hesabla məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 08 Fevral 2026 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















