Icma.az
close
up
RU
“Sabah”ın futbolçusu Aaron Maluda: Bu şəkildə üç qol buraxmaq qəbuledilməzdir

“Sabah”ın futbolçusu Aaron Maluda: Bu şəkildə üç qol buraxmaq qəbuledilməzdir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 mart, Cavid Əliyev, AZƏRTAC

Daha yaxşı oynamalı idik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sabah”ın futbolçusu Aaron Maluda Misli Premyer Liqasının XXII turunda “Qarabağ”la 3:3 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

O bildirib ki, komandası görüşə uğurlu başlayıb: “İkinci hissədə də hesab 3:0 idi. Amma bundan sonra bu şəkildə üç qol buraxmaq qəbuledilməzdir. Daha yaxşı oynamalı idik”.

Futbolçu Ağdam klubu ilə matçda xal itirmələrini komandası üçün təcrübə kimi dəyərləndirib: “Dərs çıxaracağıq və geri dönəcəyik. Qarşıda hələ çox oyun var. Hər gün öyrənəcək və inkişaf edəcəyik”.

A.Maluda qeyd edib ki, səhvlərin təkrarlanmaması üçün oyun ətraflı təhlil olunacaq: “Bu həftə məşqçilərlə birlikdə baxacağıq, oyunu analiz edəcəyik ki, səhvlərimizdən dərs çıxaraq və onları bir daha təkrarlamayaq. Çünki bu, normal hal deyil. Amma biz öyrənəcəyik və sakit qalacağıq. Qarşıda hələ çox oyun var, ona görə də təşvişə düşməyə ehtiyac yoxdur”.

O vurğulayıb ki, mövsüm davam edir və qarşıda 11 oyun var: “Sakit qalmalıyıq. Oyundan-oyuna yanaşmalıyıq. Daha sonra vəziyyətə baxıb seçimlərimizi və imkanlarımızı hesablayacağıq”.

Şəxsi çıxışına da toxunan futbolçu qol və məhsuldar ötürmə ilə yadda qaldığını deyib: “Qol və məhsuldar ötürmə etdiyim üçün çox xoşbəxtəm. Amma düşünürəm ki, daha yaxşı oynaya bilərəm. Həmişə inkişaf etmək mümkündür. Buna baxmayaraq, performansımdan məmnunam”.

Futbolçu Azərbaycan çempionatı barədə də müsbət fikirlər səsləndirib: “Bu, çox yaxşı çempionatdır. Səviyyə həqiqətən yüksəkdir və getdikcə daha da inkişaf edir. Çox gözəl ölkədir, insanları da mehribandır. Liqanın inkişaf etməsi məni sevindirir”.

Qeyd edək ki, “Sabah” 53 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 46 xal olan “Qarabağ” ikinci pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Mart 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri