“Sabah”ın futbolçusu ilə Levandovskinin məşqdə səmimi görüntüləri VİDEO
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün Polşa yığmasının heyətinə çağırılan Masazırın “Sabah” futbol klubunun müdafiəçisi Timoteuş Puxaç millinin heyətində məşqə çıxıb.
İdman.Biz xəbər verir ki, məşq zamanı sol cinah müdafiəçisi Polşa futbolunun canlı əfsanəsi Robert Levandovski ilə səmimi söhbət edib, futbolçular isinmə hərəkətlərini icra ediblər.
Qeyd edək ki, Timoteuş Puxaç təxminən iki ildən sonra Polşa millisinin heyətinə qayıdıb. Müdafiəçi sonuncu dəfə 2024-cü il noyabrın 18-də Millətlər Liqasının Şotlandiyaya qarşı oyununda (1:2) milli formanı geyinib. Həmin qarşılaşmada meydana sonradan daxil olan futbolçu 27 dəqiqə oynayıb.
Timoteuş Puxaç Polşa millisində ümumilikdə 15 oyuna çıxıb.
Polşa millisi qarşıdakı toplanış çərçivəsində Millətlər Liqasında dörd oyun keçirəcək. Sentyabrın 25-də Bosniya və Herseqovinanı qəbul edəcək komanda, 28-də səfərdə İsveçlə, oktyabrın 2-də evdə Rumıniya ilə qarşılaşacaq. Oktyabrın 5-də isə Bosniya və Herseqovina ilə cavab oyununa Zeniçada çıxacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 23 Sentyabr 2026 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















