Icma.az
close
up
RU
“Sabah”ın litvalı baş məşqçisi: Azərbaycanın tarixi haqqında öyrənmək möhtəşəm təcrübə oldu MÜSAHİBƏ

“Sabah”ın litvalı baş məşqçisi: Azərbaycanın tarixi haqqında öyrənmək möhtəşəm təcrübə oldu MÜSAHİBƏ

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 18 noyabr, AZƏRTAC

“Sabah”ın litvalı baş məşqçisi Valdas Dambrauskas AZƏRTAC-a müsahibə verib.

- Şahdağ səfəriniz sizdə hansı xüsusi təəssürat yaratdı? Bu səfərdən sonra Azərbaycan təbiəti haqqında sizdə necə fikirlər formalaşdı?

- Fərqli ölkələri və mədəniyyətləri görmək, təbiəti kəşf etmək, yerli insanlarla tanış olmaq imkanı mənim üçün böyük təcrübədir. Futbol sahəsində işləməyin ən gözəl tərəflərindən biri də budur. Bu iş insana həftəsonu qazanılan qələbədən daha çoxunu verir. Bu dəfə millinin oyunları ilə bağlı fasilədə Şahdağa getdim. Laza və Xınalıq kəndlərində səyahətdə oldum. Landşaftı çox düz olan Litvadan gəldiyim üçün dağlara və yüksəkliklərə xüsusi marağım var. Şahdağda onların kifayət qədər çox olduğunu gördüm. Bu, unudulmaz səyahət idi.

Təmiz dağ havasını hiss etmək, gözəl yerləri və qarlı zirvələri görmək, yerli insanlarla tanış olmaq, onların hekayələrini dinləmək, Azərbaycanın tarixi haqqında öyrənmək möhtəşəm təcrübə oldu, günlərimi çox dəyərli etdi. Bundan öncə Siyəzəndəkı dağlara və Qobustan Milli Parkına da getmişdim. Bu səfərlər də məndə çox gözəl təəssüratlar yaratdı. Azərbaycan çox gözəldir və burada görəcək, öyrənəcək o qədər şey var ki….

- Azərbaycanın digər bölgələrini də ziyarət etməyi planlaşdırırsınız?

- Gələcəkdə də Azərbaycanda yeni yerləri kəşf etməyi böyük məmnuniyyətlə davam etdirmək niyyətindəyəm. Dediyim kimi görəcək və öyrənəcək çox şey var. Səyahət etməyi və yeni yerlər kəşf etməyi sevirəm. “Sabah” klubunun əməkdaşları mənim səyahət etməyi sevdiyimi öyrənəndə bu istiqamətdə çoxlu tövsiyələr verdilər. Bunu mütləq davam etdirəcəyəm. Yeganə problem vaxtdır. Mövsüm ərzində çox məşğul oluruq, amma nə zaman bir az boş vaxt tapsam, mütləq harasa gedib yeni yerlər görməyə çalışıram.

- Bu cür səfərlər sizə məşqçi kimi motivasiya verir, yoxsa daha çox şəxsi istirahət xarakteri daşıyır?

- Hər ikisi. Baş məşqçi işi həm çox çətin, həm də tələbkardır. Təkcə futbol məşqlərini və taktikanı bilmək kifayət etmir. Bundan çox daha artıqdır. İlk növbədə anlamalıyıq ki, biz maşınlarla yox, insanlarla işləyirik. Onları nəyin irəli apardığını, nəyin motivasiya etdiyini başa düşməlisən. Hər gün 30–40 nəfərin qarşısına çıxmalı, onlarla danışmalı, istiqamət verməli, ruhlandırmalı, liderlik etməlisən. Bunu bir gün, iki gün, yeddi gün etmək asan deyil, amma aylarla, bütün mövsüm boyunca davam etdirmək əlbəttə ki, çətindir. Bunun üçün hər gün özünü bir az da inkişaf etdirməlisən ki, boşluq buraxmayasan. Mən müxtəlif mənbələrdən ilham alıram. Məsələn, kitablardan, insanlardan, filmlərdən, teatr və musiqidən və sair. Səyahət də bunlardan biridir. Yerli mədəniyyəti, tarixi və ənənələri anlamaqla yerli futbolçularla daha yaxşı bağ qura bilirəm və onları daha yaxşı başa düşürəm.

- Qış transfer pəncərəsində hansı mövqeləri gücləndirməyi planlaşdırırsınız?

- Transfer pəncərələri zamanı güclənmək baş məşqçi, skautinq komandası, idman direktoru və idarə heyətinin birgə işidir. Bu, heç vaxt bir günlük məsələ deyil. Bir transfer pəncərəsi bitən kimi növbətisinə hazırlaşmağa başlayırsan. Müxtəlif liqaları və futbolçuları izləyirsən, axtarış aparırsan, analiz edirsən.

Mövsümün bu vaxtında hansı mövqeləri gücləndirəcəyimizi dəqiq demək hələ çətindir. Mən heç vaxt transfer xatirinə futbolçu götürməyin tərəfdarı olmamışam. Mənim üçün əsas olan odur ki, yeni oyunçu bizdə çatışmayan yeni ölçü və keyfiyyət gətirsin. Bu səbəbdən hazırkı heyətimizi uğurlu hesab edirəm. İnanıram ki, futbolçularımın komandaya verəcəyi çox şey var və sahib olduğumuz potensialı tam şəkildə hələ göstərməmişik. Gözləyək və görək gələcək bizə nə gətirəcək.

- Hazırda “Sabah” çempionatda 3-cü pillədə qərarlaşıb. Mövsümün sonu hədəfləriniz nədir?

- Əsas məqsədimiz yaxşı futbol oynamaq və mümkün qədər uğurlu nəticələr əldə etməkdir. Yəni, elə matçlar keçirməliyik ki, biz oyuna dominantlıq edək, 90 dəqiqə rəqibə təzyiq göstərək, təhlükə yaradaq və qollar vuraq. Əgər “Sabah”ı bunun üzərində formalaşdıra bilsək, nəticələr öz-özünə gələcək.

Hazırda azarkeşlərimizin və digər komandaların tanıya biləcəyi bir futbol mədəniyyəti və oyun kimliyi qururuq. Bunun üçün ilk addım komandada hər bir rəqibi məğlub edə biləcəyimizə inam yaratmaqdır. Bu inamı formalaşdırdıqdan sonra isə daha böyük hədəflər barədə xəyallar qura bilərik.

- Komandanın oyun üslubunda mövsümün əvvəlindən bu günə kimi hansı dəyişiklikləri ən uğurlu hesab edirsiniz?

-Düşünürəm ki, mövsümə potensialımıza uyğun olmayan şəkildə başladıq. Digər komandalarla müqayisədə avrokuboklarda mübarizəyə daha erkən start verdik. Yerli çempionat başlamazdan əvvəl artıq 6 oyun keçirmişdik. Bir tərəfdən bu üstünlükdür, amma digər tərəfdən avrokubokdan ayrılan komandalarda adətən kiçik performans enişi olur. Bizdə də bu eniş yerli liqanın ilk üç oyununda yaşandı.

Ondan sonra isə inkişaf etdik. Bəzən bu inkişaf daha çox, bəzən isə gözəçarpan dərəcədə az idi. Fikrimcə, hazırda liqada pressinq, əks-pressinq, ön xətdə topu qazanıb epizod yaratmaq üzrə ən yaxşı komandalardan biriyik. Lakin bununla yanaşı, müdafiə xəttimiz də yaxşı mənada fərqlənir. Bütün bunlar gələcək üçün bizə güclü təməl yaradır.

Lakin eyni zamanda daha yaxşı etməli olduğumuz çox şey var. Hücum potensialımızdan tam istifadə etmirik, kifayət qədər qol vurmuruq, kifayət qədər imkan yaratmırıq, hücum fazasında axıcı futbol oynamırıq. Bunların hamısı yalnız çoxlu məşq və fokuslanmış hazırlıqla mümkün olacaq. Buna görə də növbəti məşq bizim üçün ən vacib məşqdir. Diqqəti əldən verməməli və bu sahələri inkişaf etdirmək üçün çox çalışmalıyıq ki, rəsmi oyunlarda daha yaxşı və daha inamlı çıxış edək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see230

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see194

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see151

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see151

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see145

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see143

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see141

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see135

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see134

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see132

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri