Icma.az
close
up
RU
Sabah ın futbolçusu: Gürcüstanda oynamağım mənə böyük təcrübə qazandırdı MÜSAHİBƏ

Sabah ın futbolçusu: Gürcüstanda oynamağım mənə böyük təcrübə qazandırdı MÜSAHİBƏ

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Sabah”ın yarımmüdafiəçisi Abdulla Xaybullayev Sportal.az saytına müsahibə verib. 

- "Neftçi" ilə kubok görüşündə 1:1 bərabərə qalaraq, finala vəsiqə qazandınız. Görüşün bu qədər gərgin keçəcəyini gözləyirdiz?

- Əlbəttə, oyunun bu qədər çətin keçəcəyini gözləyirdik. Ehtimal edirdik ki, "Neftçi" ilk dəqiqələrdən hücuma atılacaq. Düzü, çətin keçdi. Birinci hissədə üstünlük "Neftçi"nin tərəfində idi. Bir neçə qol epizodu yarada bildilər. Lakin fasilədən sonra bizim çoxlu qol epizodumuz oldu, onlardan yararlana bilmədik. Bu sezon qol epizodları yaradırıq, ancaq onları vurmaq alınmır. Hər halda, "Neftçi" ilə görüşdə istənilən nəticəni qazandıq və indi finaldayıq. 

- Birinci matçın hər iki hissəsində dominant futbol oynadınız, amma cavab görüşündə bunu ilk hissədə etmək alınmadı. Baş məşqçinin tapşırığı belə idi ki, əks-hücumda oynamalısız? 

- Xeyr, belə tapşırıq yox idi. Deməzdim ki, biz pis oynadıq. Sadəcə "Neftçi"də hücumda yaxşı alınırdı. Amma buna baxmayaraq, birinci hissəni pis keçirdiyimizi də deməzdim, normal oynadıq.

- Filip Ozobiçin ardıcıl üç qol epizodu var idi. Onlar qolla nəticələnsəydi, necə olacaqdı?

- Təbii ki, o epizodlar qolla nəticələnsəydi, bizim üçün güclü zərbə olardı. Yaxşı ki, qol olmadı. Stas Pokatilova da təşəkkür edirəm ki, həmin epizodlarda bizi xilas etdi. Əslində, fasilədən sonra bizim qol epizodlarımız çox idi. Amma yararlana bilməməyimiz...Səbəbini bilmirəm. Bayaq dediyim kimi, mövsüm ərzində çoxlu qol epizodları yaradırıq, ancaq alınmır. 

- Finalda "Qarabağ"la qarşılaşacaqsınız. Oyuna bir ay vaxt var. Amma yəqin ki, indidən final ab-havası, istək var?

- İlk dəfədir ki, finalda oynayacağıq. Oyuna böyük istəklə çıxacağıq. Bu bizim kubokdur və onu qazanmalıyıq.

- Kuboku qazana bilməsəz, avrokuboklara vəsiqə qazanmaq reallaşmayacaq. Bu məqam sizin üçün ikiqat motivasiyadır, yoxsa təzyiq?

- Əlbəttə ki, bu məqam bizim üçün ikiqat motivasiya olacaq. Çempionatda işlərimiz yaxşı getmir. Avrokuboklara yollanmağı çox istəyirik. Bir yolumuz var, kuboku qazanaraq Avropaya yollanaq.

- Vasili Berezutskinin gəlişindən sonra start heyətində daha çox oynayırsan. Yeni mövsümdən Premyer Liqada legioner limiti tətbiq olunmayacaq. Səni narahat edən məsələdir?

- Xeyr, legioner limitinin tətbiq olunmaması məni narahat etmir. Çünki güclü rəqabət hər zaman yaxşıdır. Rəqabətdən də qorxmuram. Mən güclü olacamsa, oynayacam. Əksi olarsa, həmin futbolçu oynayacaq.

- Vaxtı ilə "Sabah"dan ayrılmadın, Gürcüstana yollanaraq "Samtrediya"da icarə əsasında oynadın. Orada qollar və asistlərin də oldu. Gürcüstanda legioner həyatı yaşamağın hazırda "Sabah"da start heyətində yer almağına kömək oldu?

- Əlbəttə. Gürcüstanda oynamağım mənə böyük təcrübə qazandırdı. Çoxlu oyunlar oynadım, qollar vurdum, asistlər etdim. Düzdür, çox deyildi. Amma istənilən halda, Gürcüstandakı legioner həyatım mənə təcrübə verdi.

- "Sabah"la müqavilən başa çatır?

- Xeyr, hələ bir illik müqaviləm qüvvədədir. "Sabah" üçün ən yaxşısını etməyə çalışacam.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sportal.az
archiveBu xəbər 27 Aprel 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see442

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see279

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see189

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see187

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see179

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see148

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see140

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri