“Sabah”ın qapıçısı “Borussiya”nın dubl müəllifini geridə qoydu
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Sabah”ın qapıçısı Stanislav Pokatilov UEFA Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunda Dortmund “Borussiya”sına qarşı keçirilən oyunun ən yüksək qiymət alan futbolçusu olub.
İdman.Biz xəbər verir ki, Sofascore statistik platformasının məlumatına əsasən, qazaxıstanlı qolkiper 8,3 bal toplayaraq hər iki komandanın futbolçuları arasında birinci yeri tutub.
Maraqlıdır ki, Pokatilov “Borussiya”nın heyətində dubl edərək komandasına 2:1 hesablı qələbə qazandıran Seru Girassini də geridə qoyub. Qvineya millisinin hücumçusu 8,0 balla qiymətləndirilib.
İki qol buraxmasına baxmayaraq, Pokatilov altı seyvlə yadda qalıb və bir neçə təhlükəli vəziyyətdə komandasını xilas edib. Sofascore-un hesablamalarına görə, qapıçının qarşısını aldığı gözlənilən qollar göstəricisi 1,066 olub.
“Sabah”ın müdafiəçisi Eyden Makkarti də yüksək qiymət alıb — 8,2 bal. Cənubi afrikalı futbolçu 39-cu dəqiqədə hesabı bərabərləşdirən qolun müəllifi olub. O, həmçinin müdafiədə mühüm müdaxilələri ilə seçilib.
Beləliklə, Sofascore-un reytinqində “Sabah”ın iki futbolçusu “Borussiya”ya qələbə qazandıran Girassidən daha yüksək qiymət alıb.
Qeyd edək ki, bu, statistik platformanın öz qiymətləndirməsidir və UEFA-nın rəsmi mükafatı ilə eyniləşdirilməməlidir. Görüşün ən yaxşı futbolçusu üçün rəsmi mükafat Seru Girassiyə təqdim olunub.
Xatırladaq ki, “Sabah” Dortmund “Borussiya”sına 1:2 hesabı ilə məğlub olsa da, Almaniya klubuna ciddi müqavimət göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 21 Oktyabr 2026 01:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















