“Sabah”ın serbiyalı legioneri: “Yenidən çempion olmaq istəyirik”
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Bizim üçün yaxşı oyun oldu. Qarşılaşma ərzində istənilən formada çıxış etdik və vacib olan 3 xalı qazandıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın futbolçusu Velko Simiç deyib.
31 yaşlı futbolçu komandasının Misli Premyer Liqasının 5-ci turunda "Şəfa"ya qalib gəldikləri oyun haqda fikirlərini bölüşüb:
"Mançester Yunayted"lə çətin oyundan sonra yenidən qələbə yoluna qayıtmaq bizim üçün çox vacib idi. Çünki çempionatda hər oyunun öz əhəmiyyəti var və xal itirmədən yolumuza davam etmək istəyirik. İngiltərə səfərindən qayıtdıqdan sonra "Şəfa" ilə qarşılaşmaya köklənmək komandamız üçün heç bir çətinlik yaratmadı. Çempionlar Liqasında keçirilən oyunların səviyyəsi fərqli olsa da, yerli çempionatda qarşımıza qoyulan hədəf də kifayət qədər ciddidir. böyükdür. Bilirik ki, Çempionlar Liqası tam başqa səviyyədir və orada çox güclü rəqiblərlə qarşılaşırıq. Amma çempionat da bizim üçün çox vacibdir. Yenidən çempion olmaq istəyirik. Bunun üçün isə hər oyuna eyni ciddiyyətlə yanaşmalı, maksimum konsentrasiya ilə meydana çıxmalıyıq. Rəqibin adından asılı olmayaraq, hər görüşdə qələbə üçün mübarizə aparmalıyıq".
Serbiyalı yarımmüdafiəçi "Sabah"ın növbəti turda "İmişli"yə qarşı keçirəcəyi matç barədə gözləntilərini bölüşüb:
"İmişli" ilə oyun da bizim üçün daha bir vacib qarşılaşmadır. Çempionatda hər matçın əhəmiyyətini yaxşı anlayırıq. Qarşıdakı görüşdə də meydana qələbə qazanmaq üçün çıxacağıq, 3 xal əldə etməyə çalışacağıq. Premyer Liqada yolumuza inamla davam etmək, qarşıya qoyduğumuz məqsədə çatmaq istəyirik. Bunun üçün hər oyunda maksimum nəticə qazanmalıyıq".
Qeyd edək ki, "Şəfa" - "Sabah" matçı qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Baxış sayı:164
Bu xəbər 15 Sentyabr 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















