“Sabah”ın “Slaviya” sınağı
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün Bakıda bütün yollar futbolsevərləri Olimpiya stadionuna aparacaq
Xatirələrdə hələ təzədir, Azərbaycan klub futbolunun sonuncu qızıl medalçısı “Sabah” komandamız UEFA Çempionlar Liqasının əsas mərhələ turnirində ilk sabahını sentyabrın 10-da, bu gözəl oyunun vətəni İngiltərədə “Mançester Yunayted” klubuna qarşı görüş günü açdı. Həmin gün təmsilçimiz böyük hesabla (0:4) uduzmasına baxmayaraq, tələbkar ingilis azarkeşlər qarşısında özünü kifayət qədər ciddi rəqib kimi göstərdi.
Bu dəfə isə Valdas Dambrauskasın komandası metronun “Koroğlu” stansiyası yaxınlığında yerləşən əzəmətli Bakı Olimpiya Stadionunda doğma azarkeşlər qarşısında tarixi oyuna çıxacaq. Rəqib də özündən qat-qat təcrübəli, şöhrətli “Slaviya Praqa”dır.
Elə buna görə də hamı hələ orta məktəb şagirdini xatırladan gənc bir kollektivin futbolun bütün incəliklərini çoxdan və mükəmməl şəkildə öyrənmiş klub qarşısında imtahandan hansı nəticə ilə çıxacağını maraqla gözləyir. Həqiqətən, bu gün 20:45-də başlayıb, bundan saat yarım sonra hakimin final fitinin səslənəcəyi oyunda, görəsən, nələr baş verəcək...
“Sabah” kimi, onun qonağı da turnirin startında uğursuzluqla üzləşib. Fərq yalnız bundadır ki, ölkə çempionumuz uzaq sahillərdə ağır məğlubiyyətə uğramışsa, Çexiya nəhəngi doğma şəhərdə uduzub. Ancaq Fransanın “Lans” klubuna qarşı qollarla zəngin görüşdə kiçik fərqlə (2:3). Deməli, hər iki komanda bu axşam xallarının hesabını açmaq üçün son nəfəsədək döyüşəcək. Axırda da kiminsə üzü güləcək, kimsə məyus olacaq, ya da “dinc” nəticə onların hər ikisinə eyni hisslər yaşadacaq.
Bakıdakı oyunla, demək olar, eyni vaxtda İstanbulda keçiriləcək və Liqa mərhələsinin 2-ci turunda mərkəzi görüş hesab edə biləcəyimiz “Qalatasaray” – “Barselona” qarşılaşması təkcə bu klubların təmsil etdikləri Türkiyə və İspaniyada deyil, Avropada, dünyanın hər yerində səbirsizliklə gözlənilir desək, yəqin ki, səhv etmərik. “Atletiko” – “Mançester Yunayted”, “Vilyarreal” – “Napoli” görüşləri və digər oyunlar da rəqiblərin hər birindən uğurlu nəticə üçün bütün qüvvə və bacarıqlarını tam səfərbərliyə almağı tələb edəcək. Futbol ictimaiyyətimiz “Slaviya” ilə tanışlıqdan düz bir həftə sonra, oktyabrın 20-də yaxından iş başında görəcəyimiz Dortmund “Borussiya”sının Norveçdə “Bodo-Qlimt” ilə matçına da biganə qalmayacaq.
İndi biz 1-ci turdan sonra 36 komandanın nəticələrini və turnir mövqelərini əks etdirən cədvələ nəzər yetirərkən “Sabah”ın sıfır xalla 34-cü olduğunu görürük. Komandamız son iki yerdə qərar tutmuş “Slovan” Bratislava və “Bodo Qlimt”i yalnız topların fərqinə görə qabaqlayır. Bu fərq bizdə – 4, onlarda isə – 5-dir. Amma “Sabah” futbolçuları “Sevilya” imtahanından yaxşı qiymətlə çıxa bilsələr, cədvəldə bir qədər irəliləyərlər. Böyük həyəcanla müşayiət olunacaq oyunu çox ümidverici hər şey yaxşı olacaq inamı ilə gözləyək.
Azarkeşlərə də bir daha ürəkdən halal olsun deyək. Onların yüksək fəallığı sayəsində izləməyə hazırlaşdığımız oyunu gələcəkdə tamaşaçı sayına görə rekordçu görüş kimi xatırlaya bilərik. Matça hələ 1 həftə qalmış “Sabah” klubunun mətbuat xidmətindən həmkarlarımın sorğusuna cavab olaraq bildirilmişdi ki, artıq 45 minə yaxın bilet satılıb. BOS-un tribunaları isə 69 min 870 tamaşaçı üçün nəzərdə tutulub. Axşam stadionda olacaq insanlar burada möhtəşəm bir hadisəyə şahidlik etmək imkanı qazanacaq. Yaxşı nəticə təqdirində isə bayram bayrama qarışacaq.
Qeydlərimizi yekunlaşdırarkən “23-cü oyunçunu” da tanıyaq. UEFA bu dəfə Bakı matçında ədaləti qorumaq üçün paytaxtımıza Avstriya Futbol Federasiyasının nümayəndələrini göndərməyi qərara alıb. Baş hakim rolunda Sebastian Qismaheri görəcəyik.
“Sabah”ın Azərbaycanda Çempionlar Liqası turnirinin əsas mərhələsində ilk oyununa saatlar qalır. Uğurlar olsun!
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 13 Oktyabr 2026 00:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















