“Sabah”ın ukraynalı basketbolçusu: Yenidən çempionluğa layiq olduğumuzu oyunumuzda sübut edəcəyik
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı,1 may, AZƏRTAC
Azərbaycan Basketbol Liqasının finalına yüksələn “Sabah” komandasının oyunçusu Andrii Voynaloviç həlledici raunda vəsiqə qazanmalarını dəyərləndirib.
Bu barədə AZƏRTAC-a danışan Ukrayna millisinin üzvü əvvəlcə yarımfinal mərhələsində üz-üzə gəldikləri “Şəki” ilə matç barədə fikirlərini bölüşüb: "Həmin oyunla bağlı deyə bilərəm ki, burada hər şey aydın və sadədir. Biz oyuna maksimal dərəcədə konsentrasiya ilə çıxmışdıq. Bunun məntiqi nəticəsi tabloda öz əksini tapdı”.
24 yaşlı hücumçu finalda qarşılaşacaqları “Neftçi” ilə görüş haqqında da danışıb: "Neftçi" ilə final seriyasına gəlincə, biz mövsüm boyu bu anı gözləyirdik və ən yaxşı oyunumuzu sərgiləməyə çalışacağıq. Ciddi hazırlaşmışıq. Yenidən çempionluğa layiq olduğumuzu oyunumuzda sübut edəcəyik”.
Qeyd edək ki, "Sabah"la "Neftçi" arasında ilk final qarşılaşması mayın 2-də Bakı İdman Sarayında keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 01 May 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















