“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Hapoel” (Beer-Şeva) bu gün İsrail Toto Kubokunda “Hapoel Hayfa” ilə qarşılaşacaq.
QOL.az “Walla Sport”a istinadən xəbər verir ki, baş məşqçi Ran Kojux “Sabah”la oyunu nəzərə alaraq heyətdə ciddi rotasiya edəcək.
“Srvena Zvezda” üzərində qələbə qazanan görüşdə start heyətində meydana çıxan futbolçuların əksəriyyətinə istirahət veriləcəyi bildirilir. Ohana, Hazut və digər az oynayan futbolçuların isə “Hapoel Hayfa” ilə matça start heyətində başlamaları gözlənilir.
Mənbə qeyd edir ki, Beer-Şeva təmsilçisi bütün diqqətini dörd gün sonra keçiriləcək “Sabah”la qarşılaşmaya yönəldib.
Xatırladaq ki, “Sabah” “Hapoel”lə ilk matçı avqustun 19-u Rumıniyanın Budapeşt şəhərində, cavab oyunu isə avqustun 25-də Bakıda keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 15 Avqust 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















