“Hapoel” “Sabah”la oyuna tam heyətlə hazırlaşır
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrailin “Hapoel” (Beer-Şeva) komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”a qarşı keçirəcəyi ilk oyuna tam heyətlə hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Bildirilib ki, cəzasını başa vuran yarımmüdafiəçi Matan Baltaxa bu görüşdə komandasına kömək edəcək.
Bununla belə, baş məşqçinin “Srvena Zvezda”nı 2-0 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanan heyətdə dəyişiklik etməyəcəyi gözlənilir.
Beer-Şeva təmsilçisini Buxarestdəki "Quleşti" stadionunda 900-dan çox azarkeş dəstəkləyəcək.
Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Hapoel" - "Sabah" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab oyunu isə avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 18 Avqust 2026 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















