Icma.az
close
up
RU
Sabiq icra başçısı ilə bağlı QƏRAR

Sabiq icra başçısı ilə bağlı QƏRAR

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şirvan Apellyasiya Məhkəməsində Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və onunla birgə mühakimə olunan digər şəxslərin barəsindəki qərardan verilən barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Tribunainfo.az xəbər verir ki,  Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: İsmayıl Vəliyev və digər vəzifəli şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs olunmuşdular. O zaman Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda qedy olunurdu ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb. Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub. Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib. İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb. İstintaq orqanı tərəfindən İsmayıl Vəliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib. Bundan başqa, istintaq orqanı tərəfindən Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun da barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə ittiham olunmuşdular. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Vəliyev 10 il, Gültəkin Sadıqova 6 il 6 ay, Telman Zahidov 8 il 3 ay, Əjdər Kərimov, 8 il 6 ay, Anar Cəfərov 8 il, Vurğun Əkbərov 9 il, Vüqar Nağıyev isə 8 il azadlıqdan məhrum edilmişdilər. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə İsmayıl Vəliyevin cəzası 10 ildən 9 il 6 aya, Gültəkin Sadıqovanın cəzası 6 il 6 aydan 6 ilə, Əjdər Kərimovun cəzası isə 8 il 6 aydan 8 ilə endirilib. Ali Məhkəmənin qərarına əsasən, İsmayıl Vəliyevin cəzası 6 il 2 aya, Telman Zahidovun cəzası 5 il 6 aya, Əjdər Kərimovun cəzası 5 il 10 aya, Anar Cəfərovun cəzası 5 il 6 aya, Vurğun Əkbərovun cəzası 6 ilə, Vüqar Nağıyevin cəzası isə 5 il 8 aya, Gültəkin Sadıqovanın cəzası isə 4 il 6 aya endirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 Noyabr 2024 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see226

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see225

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see223

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see220

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see218

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see217

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see192

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see192

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see192

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see191

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see191

David Seliverstovun Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu VİDEO

09 Avqust 2026 20:53see188

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see185

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see185

Prezident ordunu ayağa qaldırdı Fövqəladə vəziyyət elan olundu

11 Avqust 2026 01:56see181

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

11 Avqust 2026 01:45see177

“Sabah” “Orhus”un planlarını dəyişdi Liqa matçı təxirə salındı

09 Avqust 2026 21:14see174

Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

10 Avqust 2026 00:31see172

Samsung bu modüllərlə yollarını ayırır: SİYAHI

11 Avqust 2026 02:24see168

“Agentstvo“: Vyanada 20 Rusiya diplomatı xüsusi xidmətlərlə bağlıdır

10 Avqust 2026 23:05see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri