Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Sabiq maliyyə nazirinə hökm oxundu

Sabiq maliyyə nazirinə hökm oxundu

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Naxçıvan Muxtar Respublikasının sabiq maliyyə naziri Rəfael Əliyev və muxtar respublikanın Dövlət Gömrük Komitəsinin sabiq şöbə rəisi Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Pravda.az TNS-ə istinadla hadisənin təfərrüatını təqdim edir.

İttihama görə, hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.4-cü (Xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israfetmə) maddəsi ilə ittiham olunub. M. Əsgərov vəzifədə işlədiyi dövrdə ümumilikdə 273.000.000 (iki yüz yetmiş üç milyon) manat, R. Əliyev isə 144 milyon 218 min 722 manat məbləğində vəsaiti mənimsəmə yolu ilə talamaqda ittiham edilib.

“Xidmətimə görə aylıq “paket” alırdım”

Prosesdə ifadə verən təqsirləndirilən şəxs Mənsur Əsgərov bildirib ki, o, vəzifədə işlədiyi dövrdə heç bir məbləğ mənimsəməyib, sadəcə vəzifədə olduğu dövrlərdə yuxarı rəhbərlik tərəfindən ona “paket” verilib. Bildirib ki, işlədiyi dövrlərdə aşağı vəzifədə olarkən ayda 400-500, şöbə rəisi işlədiyi dövrdə isə aylıq 3 min manat “paket” alıb: “Yığdığım məbləğin hamısını rəhbərliyə hesabatla təqdim etmişəm. İstintaq zamanı iddia edilən 132 milyon manatın 1 manatını da mənimsəməyim mümkün deyil. Mənim təqdim etdiyim hesabatları Dövlət Gömrük Komitəsinin sədri sistemdə izləyirdi. Mən hesabatı təhvil verəndən sonra komitə sədri həmin hesabatı sistemdə yoxlayıb qəbul edirdi. Belə bir vəziyyətdə bir manat da mənimsəmək mümükün deyildi. Pulların kimə təqdim edildiyini, kim tərəfindən mənimsənildiyini bilmirəm, çünki həmin proseslərdə iştirak etməmişəm. Günahım odur ki, qanunsuz rüsumların yığılmasında iştirak etmişəm və buna görə də peşimanam. Həmin iştiraka görə də “paket” almışam”.

“Gömrükdə qeyri-rəsmi pul yığma proqramı yaradılmışdı”

Prosesdə ifadə verən digər təqsirləndirilən şəxs, sabiq maliyyə naziri Rəfael Əliyev isə bildirib ki, 2009-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında müxtəlif yüksək vəzifələrdə işləyib: “Gömrük idarələrində qeyri-rəsmi sahə yük və sərnişin istiqaməti olmaqla iki hissədən ibarət idi. 2009-2010-cu illərdə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Statistika şöbəsi tərəfindən hazırlanmış və qismən fəaliyyət göstərməyə başlayan qeyri-rəsmi “TİR” və “GRP” proqramları yaradıldı. Proqramist kimi işə qəbul edilən Emin Eylazov 2009-2010-cu illərdə bu rəsmi olmayan proqramların üzərində işləyərək yerlərdə tədris olunmasına çalışıb, 2011-2012- ci illər ərzində rüsumlar tədricən həmin proqramlarda qeydiyyata alınıb, 2016-cı ildə proqramlar tam təkmilləşdirildikdən sonra rüsumların bu proqramlara işlənməsinə Mobil və Qaçaqmalçılıq şöbələri nəzarət edib. “TİR” və “GRP” proqramları tam rəsmi formatda qurulub. Yük və Sərnişin şöbələrinin inspektorları rəsmi “VAİS” proqramına da daxil olan şəxsi kartları vasitəsilə qeyri-rəsmi yaradılmış “TİR” və “GRP” proqramlarına daxil olub məlumatı işləyiblər. Proqramda rüsumu alan gömrük inspektorunun adı, soyadı, vəzifəsi, hansı saatda, hansı tarixdə aldığı və malın adı qeyd olunurdu, sistemdən çıxan qəbzlər inspektor tərəfindən möhürlənirdi,  idxalçı yaxud ixracçı həmin qəbz əsasında ödənişini edirdi. Həmin proqramlara sərhəd gömrük idarələrində inspektorlar və şöbə rəislərinin giriş icazəsi var idi, komitədə proqrama giriş, yaxud müdaxilə mümkün deyildi, yalnız toplanan vəsaitin miqdarına baxmaq mümkün idi. Sərnişin və Yük şöbələrindən inspektorlar tərəfindən toplanan ödənişlər günün sonunda aidiyyatı üzrə Yük şöbəsinin rəisinə və ya Sərnişin şöbəsinin rəisinə təhvil verilirdi. Ümumilikdə postlara təhkim olunmuş inspektorlar tərəfindən toplanan rüsumlar günün sonunda idarənin şöbə rəislərinə, şöbə rəisləri ay sonunda idarə rəislərinə, idarə rəisləri isə həmin vəsaiti komitənin sabiq sədri Asəf Məmmədova təhvil verirdi.

Komitə sədrinin göstərişi ilə toplanan vəsaitin sistem üzrə hesabatlarla təhvil verilməsi, eləcə də dəfələrlə aparılan üzləşmələr vəsaitdən 1 manatın belə mənilsənilməsini mümkünsüz edir, alınan bütün rüsumlar komitə sədrinə təhvil verilirdi.

“10 faizlərə görə yığılan üç milyon yüz iyirmi min manatı Symur Talıbova vermişəm”

Rəfail Əliyev bildirib ki, 19 avqust 2020-ci ildə maliyyə naziri təyin olunub, ondan əvvəlki dövrdə “Melorasiya və Su Təsərrüfatı” ASC-də ehtiyat hissələrinə şişirdilmiş qiymətlər qeyd olunduğunu görüb Seymur Talıbova (Seymur Talıbov Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun kiçik oğludur – red) məlumat verib: “Bu zaman razılıq alınaraq şişirdilmiş qiymətlərin qeyd olunduğunu öyrəndim. Maliyyə naziri işlədiyim dövrdə aldığım göstərişə əsasən ehtiyat hissələrinin yalnız müəyyən olunmuş fiziki şəxslər tərəfindən satılacağı, həmin fiziki şəxslərin hər ayın sonunda satılan mallara görə köçürülmüş vəsaitin 10 faizini nağd formada təqdim edəcəkləri barədə göstəriş verdim. 10 faizlərin yığılması məndən əvvəlki dövrlərdən mövcud idi. Fiziki şəxslərin heç birini xidməti otağımda qəbul etməmişəm, onlar 10 faizləri Naxçıvan MR Maliyyə Nazirliyinin Xəzinədarlıq şöbəsinin müdirinə təhvil verirdi, lakin ödənilən hər bir manatdan məlumatım var idi. 10 faizlərin alınmasına görə ortalama 3.120.000 (üç milyon yüz iyirmi min) manat məbləğində pul yığılmışdı. Həmin məbləği hesabatla birlikdə şəxsən Seymur Talıbova təqdim etmişəm.

Maliyyə naziri kimi fəaliyyət göstərdiyim dövrdə 2300 manat maaş, 15000 manat paket almışam, paket ay sonunda Seymur Talıbovun sürücüsü vasitəsilə mənə verilirdi. Fəaliyyətim dövründə mənilsənilən ortalama məbləğ 141.000.000 manat müəyyən edilib. Lakin bu vəsaitin 1 manatı belə mənə çatmayıb, ümumiyyətlə qurulan sistemə və edilən nəzarətə görə mənim tərəfimdən mənilsənilmə faktı mümkün olmayıb”.

Prosesdə şahid və zərərçəkmiş ifadələrindən sonra məhkəmə istintaqı başa çatıb və təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə R. Əliyev və M. Əsgərova Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmə görə, hər iki şəxsə təyin edilmiş 12 (on iki) il azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 4 (dörd) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:282
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 06 Yanvar 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see604

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see535

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see406

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see316

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see278

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see274

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see272

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see264

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see263

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see239

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see224

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see215

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see212

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see210

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see205

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see197

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see195

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see189

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see177

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri