Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Sabiq maliyyə nazirinə hökm oxundu O, məhkəmədə Seymur Talıbova verdiyi pulun məbləğini açıqladı

Sabiq maliyyə nazirinə hökm oxundu O, məhkəmədə Seymur Talıbova verdiyi pulun məbləğini açıqladı

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Naxçıvan Muxtar Respublikasının sabiq maliyyə naziri Rəfael Əliyev və muxtar respublikanın Dövlət Gömrük Komitəsinin sabiq şöbə rəisi Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hurriyyet.az TNS-ə istinadla hadisənin təfərrüatını təqdim edir.

İttihama görə, hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.4-cü (Xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israfetmə) maddəsi ilə ittiham olunub. M. Əsgərov vəzifədə işlədiyi dövrdə ümumilikdə 273.000.000 (iki yüz yetmiş üç milyon) manat, R. Əliyev isə 144 milyon 218 min 722 manat məbləğində vəsaiti mənimsəmə yolu ilə talamaqda ittiham edilib.

“Xidmətimə görə aylıq “paket” alırdım”

Prosesdə ifadə verən təqsirləndirilən şəxs Mənsur Əsgərov bildirib ki, o, vəzifədə işlədiyi dövrdə heç bir məbləğ mənimsəməyib, sadəcə vəzifədə olduğu dövrlərdə yuxarı rəhbərlik tərəfindən ona “paket” verilib. Bildirib ki, işlədiyi dövrlərdə aşağı vəzifədə olarkən ayda 400-500, şöbə rəisi işlədiyi dövrdə isə aylıq 3 min manat “paket” alıb: “Yığdığım məbləğin hamısını rəhbərliyə hesabatla təqdim etmişəm. İstintaq zamanı iddia edilən 132 milyon manatın 1 manatını da mənimsəməyim mümkün deyil. Mənim təqdim etdiyim hesabatları Dövlət Gömrük Komitəsinin sədri sistemdə izləyirdi. Mən hesabatı təhvil verəndən sonra komitə sədri həmin hesabatı sistemdə yoxlayıb qəbul edirdi. Belə bir vəziyyətdə bir manat da mənimsəmək mümükün deyildi. Pulların kimə təqdim edildiyini, kim tərəfindən mənimsənildiyini bilmirəm, çünki həmin proseslərdə iştirak etməmişəm. Günahım odur ki, qanunsuz rüsumların yığılmasında iştirak etmişəm və buna görə də peşimanam. Həmin iştiraka görə də “paket” almışam”.

“Gömrükdə qeyri-rəsmi pul yığma proqramı yaradılmışdı”

Prosesdə ifadə verən digər təqsirləndirilən şəxs, sabiq maliyyə naziri Rəfael Əliyev isə bildirib ki, 2009-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında müxtəlif yüksək vəzifələrdə işləyib: “Gömrük idarələrində qeyri-rəsmi sahə yük və sərnişin istiqaməti olmaqla iki hissədən ibarət idi. 2009-2010-cu illərdə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Statistika şöbəsi tərəfindən hazırlanmış və qismən fəaliyyət göstərməyə başlayan qeyri-rəsmi “TİR” və “GRP” proqramları yaradıldı. Proqramist kimi işə qəbul edilən Emin Eylazov 2009-2010-cu illərdə bu rəsmi olmayan proqramların üzərində işləyərək yerlərdə tədris olunmasına çalışıb, 2011-2012- ci illər ərzində rüsumlar tədricən həmin proqramlarda qeydiyyata alınıb, 2016-cı ildə proqramlar tam təkmilləşdirildikdən sonra rüsumların bu proqramlara işlənməsinə Mobil və Qaçaqmalçılıq şöbələri nəzarət edib. “TİR” və “GRP” proqramları tam rəsmi formatda qurulub. Yük və Sərnişin şöbələrinin inspektorları rəsmi “VAİS” proqramına da daxil olan şəxsi kartları vasitəsilə qeyri-rəsmi yaradılmış “TİR” və “GRP” proqramlarına daxil olub məlumatı işləyiblər. Proqramda rüsumu alan gömrük inspektorunun adı, soyadı, vəzifəsi, hansı saatda, hansı tarixdə aldığı və malın adı qeyd olunurdu, sistemdən çıxan qəbzlər inspektor tərəfindən möhürlənirdi,  idxalçı yaxud ixracçı həmin qəbz əsasında ödənişini edirdi. Həmin proqramlara sərhəd gömrük idarələrində inspektorlar və şöbə rəislərinin giriş icazəsi var idi, komitədə proqrama giriş, yaxud müdaxilə mümkün deyildi, yalnız toplanan vəsaitin miqdarına baxmaq mümkün idi. Sərnişin və Yük şöbələrindən inspektorlar tərəfindən toplanan ödənişlər günün sonunda aidiyyatı üzrə Yük şöbəsinin rəisinə və ya Sərnişin şöbəsinin rəisinə təhvil verilirdi. Ümumilikdə postlara təhkim olunmuş inspektorlar tərəfindən toplanan rüsumlar günün sonunda idarənin şöbə rəislərinə, şöbə rəisləri ay sonunda idarə rəislərinə, idarə rəisləri isə həmin vəsaiti komitənin sabiq sədri Asəf Məmmədova təhvil verirdi.

Komitə sədrinin göstərişi ilə toplanan vəsaitin sistem üzrə hesabatlarla təhvil verilməsi, eləcə də dəfələrlə aparılan üzləşmələr vəsaitdən 1 manatın belə mənilsənilməsini mümkünsüz edir, alınan bütün rüsumlar komitə sədrinə təhvil verilirdi.

“10 faizlərə görə yığılan üç milyon yüz iyirmi min manatı Symur Talıbova vermişəm”

Rəfail Əliyev bildirib ki, 19 avqust 2020-ci ildə maliyyə naziri təyin olunub, ondan əvvəlki dövrdə “Melorasiya və Su Təsərrüfatı” ASC-də ehtiyat hissələrinə şişirdilmiş qiymətlər qeyd olunduğunu görüb Seymur Talıbova (Seymur Talıbov Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun kiçik oğludur - red) məlumat verib: "Bu zaman razılıq alınaraq şişirdilmiş qiymətlərin qeyd olunduğunu öyrəndim. Maliyyə naziri işlədiyim dövrdə aldığım göstərişə əsasən ehtiyat hissələrinin yalnız müəyyən olunmuş fiziki şəxslər tərəfindən satılacağı, həmin fiziki şəxslərin hər ayın sonunda satılan mallara görə köçürülmüş vəsaitin 10 faizini nağd formada təqdim edəcəkləri barədə göstəriş verdim. 10 faizlərin yığılması məndən əvvəlki dövrlərdən mövcud idi. Fiziki şəxslərin heç birini xidməti otağımda qəbul etməmişəm, onlar 10 faizləri Naxçıvan MR Maliyyə Nazirliyinin Xəzinədarlıq şöbəsinin müdirinə təhvil verirdi, lakin ödənilən hər bir manatdan məlumatım var idi. 10 faizlərin alınmasına görə ortalama 3.120.000 (üç milyon yüz iyirmi min) manat məbləğində pul yığılmışdı. Həmin məbləği hesabatla birlikdə şəxsən Seymur Talıbova təqdim etmişəm.

Maliyyə naziri kimi fəaliyyət göstərdiyim dövrdə 2300 manat maaş, 15000 manat paket almışam, paket ay sonunda Seymur Talıbovun sürücüsü vasitəsilə mənə verilirdi. Fəaliyyətim dövründə mənilsənilən ortalama məbləğ 141.000.000 manat müəyyən edilib. Lakin bu vəsaitin 1 manatı belə mənə çatmayıb, ümumiyyətlə qurulan sistemə və edilən nəzarətə görə mənim tərəfimdən mənilsənilmə faktı mümkün olmayıb”.

Prosesdə şahid və zərərçəkmiş ifadələrindən sonra məhkəmə istintaqı başa çatıb və təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə R. Əliyev və M. Əsgərova Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmə görə, hər iki şəxsə təyin edilmiş 12 (on iki) il azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 4 (dörd) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Yanvar 2025 05:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see201

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see196

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see158

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see158

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see131

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see127

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see120

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri