Icma.az
close
up
RU
Sabiq məmurlarla bağlı əməliyyat başlaya bilər Siyahıda kimlər var?

Sabiq məmurlarla bağlı əməliyyat başlaya bilər Siyahıda kimlər var?

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xaricdə böyük biznes şəbəkələri quran sabiq məmurların fəaliyyəti son vaxtlar yenidən diqqət mərkəzinə düşüb. İddialara görə, bu sırada keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev, sabiq nəqliyyat naziri Ziya Məmmədov, Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadə, keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasov, sabiq Bakı meri Hacıbala Abutalıbov, sabiq baş nazirin birinci müavini Abbas Abbasov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri,Əli Həsənov, Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri Ramiz Mehdiyev və sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov kimi adlar yer alır.

Onların xaricdəki iri maliyyə dövriyyələri dövlət nəzarətindən kənarda qaldığı üçün həm iqtisadi təhlükəsizlik, həm də şəffaflıq baxımından ciddi suallar yaradır.

Bu vəsaitlər üzərində nəzarəti necə təmin etmək mümkündür?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı bildirib ki, adları çəkilən keçmiş məmurların xaricdə əmlak və ya biznesə sahib olmaları ilə bağlı mediada müxtəlif məlumatlar dərc edilsə də, bu iddialar rəsmi sübutlarla təsdiqlənmədiyi halda hüquqi qiymət vermək mümkün deyil:

“İctimaiyyət mediadan hansısa əmlak və ya biznes barəsində məlumat əldə edir, lakin ortada rəsmi təsdiq yoxdur, nəticədə məsələ yalnız iddia kimi qalır. Şirkətlərin yaxud digər əmlak siyahısının doğrudan da adıçəkilən şəxslərə bağlı olub-olmadığını bilmirik. Əgər belə biznes şəbəkələrinin mövcudluğu faktiki olaraq təsdiqlənsə və həmin şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanarsa, bu zaman Baş Prokurorluğun Xüsusi Müsadirə İdarəsi prosesi nəzarətə götürə bilər. Beynəlxalq əməkdaşlıq kanalları vasitəsilə xaricdəki əmlakların və mümkün qanunsuz maliyyə axınlarının qarşısının alınması təmin edilir”.

Mehman Muradlı

Vəkil deyib ki, belə məsələlərin şəffaf və obyektiv araşdırılması üçün həm mediada deyilən iddialar dəqiqləşdirilməli, həm də faktlar hüquqi prosedurlar çərçivəsində təsbit olunmalıdır:

“İddialar rəsmi şəkildə sübuta yetirilərsə, dövlət orqanları həm maliyyə monitorinqi, həm də beynəlxalq hüquqi mexanizmlər vasitəsilə araşdırma aparmağa tam hüquqludur. Bu proses təkcə ölkədə deyil, beynəlxalq müstəvidə də əlaqələndirilir. İnterpol, xarici prokurorluqlar və maliyyə nəzarəti qurumları ilə əməkdaşlıq nəticəsində xaricdəki aktivlərin izlənməsi, qanunsuz gəlirlərin dövriyyədən çıxarılması mümkündür”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri