Icma.az
close
up
RU
Sabiq nazir: ABŞ Rusiyanı özünə müttəfiq etmək istəyir

Sabiq nazir: ABŞ Rusiyanı özünə müttəfiq etmək istəyir

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“Amerikada Demokrat Partiya ilə Respublikaçılar Partiyasının Ukraynaya münasibətdə mövqeləri fərqlidir. Biz bunu Bayden və Trampın nümunəsindən də görürük. Prezident Trampın ukraynalı həmkarı Zelenskiyə münasibəti də ortadadır, bu, çox adamı razı salmır.
Onu da qeyd edim ki, zamanında prezident Zelenski Demokrat Partiyasına imkan yaradıb ki, ondan ABŞ-nın daxili siyasətində istifadə etsinlər, kampaniya aparsınlar. Bu səbəbdən də Demokratlar Zelenskinin hakimiyyətdə qalmasını, Tramp başda olmaqla, Respublikaçılar isə getməsini istəyirlər”.

Bunu Reyting.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, hazırda prezident Donald Trampın apardığı strategiyanın konkret məqsədi var: Çinə qarşı Rusiyanı yanına almaq, müttəfiq etmək.
Sabiq nazir qeyd edib ki, indi qeyri-real görünsə də ABŞ Rusiyanı özünə müttəfiq etmək istəyir: “Eyni zamanda Ağ ev anlayır ki, Ukrayna prezidenti Zelenski buna mane olacaq. Bu səbəbdən Donald Tramp əvvəlcə Ukraynada atəşkəsə israr edir. Əlbəttə, atəşkəsdən sonra Ukraynada seçkilər keçirilməlidir. Bu halda həm Trampın, həm də Rusiya prezidenti Putinin bir məsələdə fikirləri eyni olacaq: onlar Zelenskinin yenidən prezident seçilməsini istəməyəcəklər”.
T. Zülfüqarov xatırladıb ki, artıq Ukrayna müharibəsinin üç ili tamam olub və müharibə Zelenskini daha da gücləndirib:
“Tramp düşünür ki, müvəqqəti atəşkəs elan olunsun, sonra necə olacağına baxarıq. Bu, təxminən bizim 1994-cü il ssenarisinə bənzəyir. Biz, 1994-cü ilin mayında Ermənistanla atəşkəs imzaladıq, amma işğalın tanınmasına dair qərar vermədik, bu kimi təklifləri rədd etdik. İndi Zelenski də anlayır ki, işğalı tanısa, problemlə üzləşəcək. Yəni səslər qalxacaq ki, elə üç il əvvəl İstanbul danışıqları zamanı buna gedəydin, heç bu qədər də insan ölməyəydi, şəhərlər dağılmayaydı, bu qədər ərazi əldən çıxmayaydı”, - deyə diplomat izah edib.
T. Zülfüqarov sonda əlavə edib ki, Vaşinqton administrasiyası Ukraynaya edilən yardımların yeyintiyə məruz qalıb-qalmadığını da araşdıracaq. Araşdırma zamanı yeyinti faktı ortaya çıxsa, bu, Ukrayna liderinin əleyhinə işləyəcək. Yəni müşahidələr göstərir ki, ABŞ Zelenski ilə yollarını ayırmaq niyyətindədir.

Y. QACAR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://reyting.az
archiveBu xəbər 06 Mart 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri