Icma.az
close
up
RU
Sabiq nazir cəmi 27 milyon oğurlayıb? Şübhəli məqam

Sabiq nazir cəmi 27 milyon oğurlayıb? Şübhəli məqam

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

11 il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri, 5 il isə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışmış Səlim Müslümovun yalnız 27 milyon manatlıq mənimsəmədə təqsirli bilinməsi şübhələr doğurur. Bu barədə Azpolitika-da məqalə yer alıb.

Məqalədə bildirilir ki, S.Müslümovun iki əmlakının ümumi satış qiyməti 1 milyon 376 min manat təşkil edib. Konkret olaraq, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində 370,4 kv.m sahəsi olan yaşayış evinin satış qiyməti 926 min 250 manat, Səbail rayonu, Azadlıq prospektində qeyri-yaşayış sahəsinin satış qiyməti isə 450 min manatdır. Eyni zamanda ötən ay onun 490 min manata iki mənzili satışa çıxarıldığı qeyd olunur.

Məlumatda vurğulanır ki, S.Müslümov 16 il ərzində ölkənin sosial müdafiə və pensiya sisteminin başında olub və bu qurumlara rəhbərlik etdiyi müddətdə onun əlindən keçən dövlət vəsaiti təxminən 10 milyard manata yaxın olub. Bu halda yalnız 27 milyon manat mənimsəmə rəqəmi inandırıcı görünmür. Ekspertlər hesab edirlər ki, əslində mənimsənilən məbləğin daha yüksək olması ehtimalı var. Reallığa daha yaxın mənimsəmə məbləğini necə müəyyən etmək olar? Maraqlıdır, ona belə bir “güzəşt” niyə tanınıb?

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Səlim Müslümov 2002-2018-ci illərdə DSMF sədri ƏƏSMN-nin rəhbəri kimi mühüm vəzifələrdə çalışıb.

Heydər Oğuz

Onun sözlərinə görə, bu müddət ərzində sosial müdafiə xərcləri ən çox vəsait ayrılan sahələrdən biri olub:

“Səlim Müslümovun işdən çıxarıldığı dövrdə büdcədən Sosial Müdafiə Fonduna təxminən dörd milyard manat ayrılmışdı və bu, hər il təkrarlanırdı. Müslümovun 16 illik rəhbərliyi dövründə ildə orta hesabla bir milyard manatdan çox vəsait ayrılıb, bəzən isə həmin məbləğ üç milyard manatı da keçib. Bu vəsaitlərin bir hissəsi saxta pensiyalara yönəldilib, bəzi hallarda həmin pulların bir qismi əvvəlcədən mənimsənilib. Məsələn, kimə pensiya düzəldirdilərsə, o adamların kartlarını alır vəsaiti altı ay özləri götürürdü, sonra kartı geri qaytarırdılar. Bu müddət ərzində isə şəxs pensiyasını ala bilmirdi”.

H.Oğuz Səlim Müslümovun hər il bir milyard manata yaxın vəsaiti mənimsəməsinə şübhə etmədiyini bildirib:

“16 il ərzində bu məbləği bir milyarddan hesablasaq 16 milyard manata yaxın məbləğ təşkil edə bilər. Rəsmi olaraq isə ona 27 milyon manatlıq mənimsəmə ittihamı irəli sürülüb. Bu rəqəm real vəziyyəti əks etdirmir, məbləğ daha çoxdur. Görünür, o bu pulları tək yeməyib, böyük hissəsi başqa şəxslərlə bölüşdürülüb. Ona görə də bütün məbləği bunun üzərinə yükləyə bilməyiblər. Qalanı isə Müslümovun qara gözlərinə “qurban” edilib. Beləliklə, 16 il müddətində üç milyarddan çox vəsaiti hesablasaq, bu, 40-50 milyon civarında pul edir. Sən necə bunu 27 milyon hesablaya bilərsən? Əslində, dəqiq hesabladıqda mənimsənilən məbləğin bu rəqəmdən xeyli çox olduğu açıq görünür”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Fevral 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri