Icma.az
close
up
RU
Sabiq nazir erməni fakültəsinin, deputat isə institutun yaradılmasını təklif etdi

Sabiq nazir erməni fakültəsinin, deputat isə institutun yaradılmasını təklif etdi

"Bunu 20-25 əvvəl də deyirdim ki, erməni institutu yaratmaq lazımdır. Ermənilər adını başqa qoyublar, amma bizi öyrənirlər".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deputat Səyyad Salahlı deyib.

O bildirib ki, biz həyatımızın sonuna qədər yox, həyatın sonuna qədər erəminlərlə ədəbi, ideoloji müstəvidə üz-üzə gələcəyik: "Müharibədə rüsvaycasına məğlub olduqlarına baxmayaraq, ağlagəlməz ölkələrdən silah alıb yenidən revanş eləmək istəyirlər. Başqa dövlətlərin qızışdırması ilə Azərbaycana qalib gəlmək istəyirlər. Son 50 ildə hansı müsəlman ölkəsi müharibədə qalib gəlib? Belə bir fakt yoxdur. Bunu Azərbaycan etdi. Xristian dünyası bunu qəbul etmək istəmir".

Deputat qeyd edib ki, Qarabağ Universiteti kimi erməni institutu yaradılmalıdır: "Bunu gələcəyimiz naminə etməliyik. Biz bunları öyrənməliyik".

***

12:50

"Azərbaycanda erməni dilini tədris edən fakültə, hətta universitet yaradılmalıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmədə çıxışı zamanı sabiq təhsil naziri Firudin Cəlilov deyib.

O bildirib ki, Qərbi azərbaycanlıların problemlərini qaldırmaq üçün ermənilərin dilini öyrənmək vacibdir: “Bizə ermənilərlə qarşı-qarşıya dura biləcək, müzakirə aparacaq kadrlar lazımdır, onları hazırlamalıyıq. Ermənilər Azərbaycan dilini bilirlər, öyrənirlər, tədqiq edirlər. Amma bizdə bu çatışmazlıq hələ də həllini tapmayıb”.

Anar Kəlbiyev


seeBaxış sayı:72
embedMənbə:https://unikal.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri