Icma.az
close
up
RU
Sabiq nazir: Əvvəl blokadada olduğunu deyən Ermənistan indi özü blokadadan çıxmaq istəmir

Sabiq nazir: Əvvəl blokadada olduğunu deyən Ermənistan indi özü blokadadan çıxmaq istəmir

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


“Azərbaycan tərəfinin haqlı tələbini Ermənistan yalnız bizim ciddi təzyiqlərimiz nəticəsində qəbul edir və ya icra etməli olur. Onlar öz xeyirlərinə saydıqları məsələni sona qədər müdafiə edirlər. Kommunikasiya məsələsi də bu kontekstdədir”.

Bunu Reyting.az-a Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan tərəfinin Zəngəzur dəhlizinin açılmasına dair qeyri-adekvat mövqeyini şərh edərkən deyib.
Tofiq Zülfüqarovun sözlərinə görə, müşahidə etdiyimiz odur ki, Ermənistanın baş naziri Nikol Paşinyan sülhə gedən yolu təzyiqlə qət etməli olur: “Məsələn, Ermənistan 2020-ci ildən əvvəl az qala, 30 il müddətində Azərbaycanı ittiham edib ki, onu blokada da saxlayır, kommunikasiyaların açılmasına imkan vermir. Hətta bu ittihamlar əsasında ABŞ Konqresi 1992-ci ildə Azərbaycan dövlətinə qarşı 907-ci düzəlişi qəbul edib. Yəni sanksiya tətbiq olunub”.
Təcrübəli diplomat əlavə edib ki, son illər Azərbaycan Zəngəzur dəhlizinin açılmasında israr etsə də, Ermənistan tərəfi ya əməli addım atmır, ya da fəaliyyət göstərdiyini imitasiya edir: “Reallıq budur ki, uzun illər Azərbaycanın guya onu blokadaya aldığını deyən Ermənistan indi özü blokadadan çıxmaq, kommunikasiyaları açmaq istəmir. Fikrimcə, hazırda Ermənistanın kommunikasiyaları açmaq niyyəti yoxdur və hesab edirlər ki, bu, onların xeyrinədir. Amma anlamaq lazımdır ki, indi Ermənistana dəstək verən ölkələr böhran içindədir. Ermənistan başa düşməlidir ki, son pandemiya dövründə baş verənlər yenidən təkrarlana, Azərbaycan bu yolu açmağa çalışa bilər. Qarşı tərəf bu ehtimalı nəzərə almaldır. Hesab edirəm ki, dəhlizin açılması üçün Ermənistan tərəfi də ciddi çalışmalıdır”.
Bu dəhlizin Azərbaycan üçün vacib olduğunu deyən sabiq nazirin sözlərinə görə, Zəngəzur məsələsi gündəmə gələndə bəzi şəxslər iddia edirlər ki, guya bu yol Rusiyaya lazımdır, Rusiyanın məqsədi dəhlizi açmaqdır və s. T. Zülfüqarov bunu yanlış yanaşma hesab edir:
“Mən bir məqama diqqət çəkmək istərdim. 2020-ci il müharibəsi zamanı Ermənistanın indiki baş naziri Rusiyaya müraciət etdi və qısa müddət sonra Zəngəzur istiqamətində Rusiya ordusu yerləşdirildi. Məhz bu məqam bizim ordumuzun Zəngilan istiqamətində hücumuna müəyyən qədər maneə yaratdı. Rusiya bu dəhlizin açılmasında maraqlı idisə, bunu əhəmiyyətli sayırdısa, niyə həmin dövrdə belə maneəçilik yaradırdı?
Dəhlizin açılmasını istəyən əsas Azərbaycandır. Çünki SSRİ zamanı bizim vətənimiz faktiki olaraq ikiyə bölünüb, dünyada elə bir dövlət tanımıram ki, ərazisi ikiyə bölünsün və ortada süni şəkildə maneə yaradılsın. Məncə, belə bir Azərbaycan Rusiyaya daha sərfəlidir. Çünki ikiyə bölünən ərazidə istər-istəməz inkişaf problemi yaranır və s. Bu baxımdan Zəngəzur dəhlizinin açılması bizə lazımdır ki, ərazilərimiz bir-birinə daha da yaxınlaşsın, avtomobil və qatar yolu olsun. Bizim belə bir bağlantımızın qarşısı 1930-cu illərdə alınıb.
İkincisi, Türkiyə hər zaman Naxçıvan üzərində bağlantını istəyib. Səhv etmirəmsə, hətta zamanında buna görə İrandan pulla torpaq da alıb. Hər halda belə deyilir. Odur ki, indi dəhlizin açılması daha çox Azərbaycana və Türkiyəyə lazımdır”.
Y. QACAR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Mart 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri