Sabiq nazir vəfat etdi
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün səhər saatlarında Azərbaycanın sabiq daxili işlər naziri Vaqif Novruzov 86 yaşında vəfat edib.
"AzPolitika" xəbər verir ki, bu barədə 1news.az məlumat yayıb.
Məlumata görə, Vaqif Novruzov bütün peşəkar fəaliyyətini hüquq qaydalarının mühafizəsinə və dövlətə xidmətə həsr edib. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. O, 1991-ci il avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Ali Sovetin Bəyannaməsini imzalayan deputatlarından biridir.
Vaqif Novruzov həmçinin Birinci Qarabağ müharibəsinin veteranı olub.
V.Novruzov 1993-cü ilin iyulunda Azərbaycanın daxili işlər naziri vəzifəsinə təyin edilib və 1994-cü il aprelin 29-dək bu postda çalışıb.
Baxış sayı:71
Bu xəbər 12 Sentyabr 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















