SABİQ NAZİRİN MALİYYƏ VƏZİYYƏTİ AĞIRLAŞIB? 8 milyon borcu yaranıb + FOTO
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
İndustries” şirkətlərinin dövlət qarşısında yenidən külli miqdarda vergi borcu yaranıb.
“AzPolitika” “ xəbər verir ki, bu barədə "İqtisadiyyat.az" kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.
Məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə "İmprotex Trucks & Buses” şirkətinin 6,5 milyon manatdan, "İmprotex İndustries” şirkətinin isə 1,8 milyon manatdan artıq vergi borcu mövcuddur.
Xatırladaq ki, "Improtex” şirkətlər qrupu 1991-ci ildə yaradılıb. F.Ələkbərov nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib. Hazırda şirkətlər qrupuna "İmprotex Trucks & Buses”, "İmprotex Industries”, "Improtex Motors” və "Imagro” kimi törəmə şirkətlər daxildir. Bu şirkətlərin əməkdaşlıq etdiyi dünya brendlərinə "Rolls Royce”, "BMW”, "MAN Truck & Bus SE”, "Bobcat”, "Massey Ferguson”, "Hardox” və başqa bir neçə dünya nəhəngləri daxildir.
"Improtex” şirkətlər qrupunun bir qolu olan "İmprotex Trucks & Buses” şirkəti 2005-ci ildən dünya şöhrətli "MAN Truck & Bus SE” şirkətinin Azərbaycanda eksklüziv strateji partnyoru, Bobcat və bir sıra tikinti-daşıma sahəsi üzrə brendlərin rəsmi idxalçısıdır. Şirkətin qanuni təmsilçisi Orxan Ərəbovdur.
"İmprotex İndustries” şirkəti isə 2010-cu ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Ruslan Ələkbərovdur. R.Ələkbərov sabiq nazirin qardaşı oğludur. 2013-cü ildən şirkətin metal konstruksiya və yük maşını üst qurğularını, həmçinin kənd təsərrüfatı qoşqularını istehsal edən zavodu fəaliyyətə başlayıb.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 03 Fevral 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















