Sabiq prokurorun qardaşının məhkəməsi oldu
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırım, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Qoşqar Məmmədovun məhkəməsinin hazırlıq iclası keçirilib.
Axar.az Unikal.az-a istinadən Bakı Ağır Cinayətlər Məhkəməsində Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxslər və vəkilləri, eləcə də zərərçəkmiş şəxsin nümayəndəsi ittiham aktı ilə tanış olmadıqlarını bildiriblər.
Məhkəmə proses iştirakçılarının ittiham aktı ilə tanış olması üçün vaxt verilməsi qərarına gəlib.
Hazırlıq iclası 26 noyabr tarixinə təxirə salınıb.
Qeyd edək ki, Rasim İldırım, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq Qurban Piriyevə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.
Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, Rasim İldırım Xətainin sabiq prokuroru, “Əmrah Bank”ın təsisçisi Yusif İldırımzadənin qardaşıdır.
Baxış sayı:135
Bu xəbər 15 Noyabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















