Icma.az
close
up
RU
Sabiq rəis həbs edilib

Sabiq rəis həbs edilib

Suraxanı rayon Sukanal İdarəsinin sabiq rəisi Mehman Haşımov rüşvət almaqda ittiham olunur. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, M.Haşımov bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs edilib.

İttihama görə, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan rüşvət alıb. Ağır cinayətə görə rəis barəsində həbs qətimkan tədbiri seçilib. 

Cinayətdən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi zərər çəkib. Cinayət işi üzrə zərərçəkmiş qismində də elə sözügedən Agentlik tanınıb.

Sail Ağasəlim

seeBaxış sayı:58
embedMənbə:https://qafqazinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri