Sabiq vəzifəli şəxsə hökm oxundu
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Rüşvət almaqda və dələduzluq etməkdə təqsirləndirilən Şəki Şəhər İcra Hakimiyyətinin sabiq şöbə müdiri Tural Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Axar.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Tural Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, zərərçəkmişlərin məhkəməyə təqdim etdikləri mülki iddialar təmin edilib və təqsirləndirilən şəxsin üzərinə dəymiş ziyanı ödəmək öhdəliyi qoyulub.
İttihama görə, Tural Məmmədov Şəki Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində işlədiyi dövrdə şəhid ailələrini və müharibə iştirakçılarını çoxmənzilli yaşayış binasından mənzillə təmin olunmalarına kömək edəcəyinə, həmçinin müharibə iştirakçılarının ailə üzvlərini iş üçün texniki avadanlıqlarla təmin etdirəcəyinə inandıraraq onlardan müxtəlif məbləğlərdə pul alıb və dələduzluq edib.
O, eyni zamanda, şəhid ailələrini və müharibə iştirakçılarını avtomobillə təmin olunmalarına kömək edəcəyinə dair vədlər verərək aldadıb və külli miqdarda rüşvət almaqda təqsirləndirilib.
Tural Məmmədova Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (dələduzluğun qulluq mövqeyindən istifadə etməklə törədilməsi), 178.2.4-cü (dələduzluğun xeyli miqdarda ziyan vurmaqla törədilməsi), 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 19 Oktyabr 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















