Romada 8 Noyabr Zəfər Günü qeyd edilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 5 noyabr, AZƏRTAC
İtaliyanın paytaxtı Roma şəhərində 8 Noyabr – Zəfər Günü qeyd edilib.
Azərbaycanın İtaliyadakı səfirliyinin və Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi tədbirdə xarici diplomatik və hərbi korpusun üzvləri, İtaliyada yaşayan və təhsil alan həmvətənlərimiz iştirak ediblər.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
Tədbir çərçivəsində həmçinin Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş video-çarx nümayiş edilib.
Səfir Elçin Hüseynli 8 Noyabrın Azərbaycan dövlətinin gücünün, xalqımızın milli iradəsinin, birliyinin və beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinin təntənəsi oduğunu qeyd edib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyinin bu tarixi Zəfərin əsasını təşkil etdiyini vurğulayıb.
Tarixi Zəfərimiz nəticəsində yaranmış yeni geosiyasi reallıqların regionda uzunmüddətli sülhə, sabitliyə və əməkdaşlığa xidmət etdiyi, hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdış Proqramı çərçivəsində fəaliyyətlərin, sosial infrastruktur, nəqliyyat və iqtisadi layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb.
Digər çıxışlarda da Zəfər Gününün müasir Azərbaycan tarixindəki əhəmiyyətindən bəhs olunub, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin daim yaşayacağı, onların misilsiz fədakarlığının hər zaman dərin ehtiramla anılacağı qeyd edib.
Tədbirin bədii hissəsində klassik Azərbaycan və dünya musiqisinin nümunələri təqdim olunub.
Baxış sayı:95
Bu xəbər 05 Noyabr 2026 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















