Icma.az
close
up
RU
Sabir Rüstəmxanlıdan vəfat edən dostu ilə bağlı TƏSİRLİ YAZI

Sabir Rüstəmxanlıdan vəfat edən dostu ilə bağlı TƏSİRLİ YAZI

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xalq şairi Sabir Rüstəmxanlı uzun illər dostluq etdiyi, görkəmli şair, Azərbaycanın Əməkdar Mədəniyyət xadimi Çingiz Əlioğlunun vəfatı ilə əlaqədar ürəkağrıdan xatirələrini bölüşüb.

Vətəndən uzaqda olan şair gördüyü son yuxunu və dostunun itkisi ilə bağlı duyğularını qələmə alıb.

"Yeni Sabah" həmin yazını təqdim edir: Dominos pizza

"Vətəndən kənardayam. Bu gecə səhərə yaxın yuxuda gördüm Azərbaycan Milli Dram Teatrında Məmməd Arazın xatirə gecəsinə toplaşmışıq. Təlaşla məni axtarırlar: “Gəl, gəl, indi sən danışacaqsan”. Səhnə arxasına keçəndə gənclik dostum Çingiz Əlioğlunun səsini eşidirəm. Sap-sağlam, uca boyuyla dayanıb mikrofonun qabağında və çoxdan eşitmək arzusunda olduğum gur cavanlıq səsiylə danışır. "Gör nə xoşbəxtlikdir", – deyirəm, – "Çingiz sağalıb və hətta bu gecədə çıxış edir". Yana çevriləndə məni görür, gülümsəyir, nə dediyini eşitmirəm, amma birdən-birə çox da hündür olmayan, sinədən gələn səslə çoxdan eşitmədiyim həzin bir mahnımızı oxumağa başlayır... Salondan alqış yüksəlir. Çingiz Qarabağlıdır, səsi gözəl idi və biz üç dost hərdən baş-başa verib qədim xalq mahnılarımızı oxuyurduq. Ancaq Çingizin tək oxuduğu yadıma gəlmir. Bu mahnını dinləyə-dinləyə ayılıram. Yuxu danışmaq xasiyyətim yoxdur, amma nədənsə səhər yeməyi vaxtı səhərə yaxın gördüyüm yuxunu masadakı yoldaşlarıma danışıram, ”ürəyim narahatdır, yəqin nə isə olub” – deyirəm. Gündüz saat 3-də Seyran Səxavət zəng vurur: "Çingizi hardan götürəcəklər?" Və mən altmış illik əziz dostumun, görkəmli şairimizin vəfatından xəbər tuturam – vətəndən çox uzaqda. Sən demə, o da səhərə yaxın bir nəğmə kimi uçub gedib.

Çingiz Əlioğlu ilk şeirini 1967-ci ildə çap etdirmişdi. Ciddi yaradıcılıq yolu böyük şairimiz Rəsul Rzanın xeyir-duası ilə başlanmışdı. Şeirləri öz üslubu, ifadə tərzi ilə seçilirdi və buna görə də ötən əsrin axırı və bu əsrin əvvəlində şeirimizin xorunda onun orijinal, təravətli, gur poetik səsi aydın eşidilirdi. Gənclər kitablarını sevə-sevə oxuyurdular. Bütün ömrünü kitab nəşri işinə sərf etdi, "Gənclik" nəşriyyatında, "Azərnəşr"də, Mətbuat və İnformasiya Nazirliyində, xəstələnməzdən əvvəl Mədəniyyət Nazirliyində çalışdı. Azərbaycanın Əməkdar Mədəniyyət xadimi idi. Ömrümüzün böyük bir hissəsini demək olar ki, hər gün bir-birimizdən xəbər tutaraq yaşamışdıq. Çox sevdiyi Qarabağın azad torpaqlarında gəzə bilmədi, amma mən hər səfərimdən sonra sevincimi onunla bölüşürdüm. Xatirələrimiz bir kitaba sığmaz. Bənzərsiz, gözəl bir insan idi.

Ruhun şad olsun, əziz dost. Əlvida, Çingiz!"


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 Avqust 2026 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri