Icma.az
close
up
RU
Sabir Rüstəmxanlıdan türk yazara cavab

Sabir Rüstəmxanlıdan türk yazara cavab

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Türk dünyası kızılelma” toplumuna daxil olan saytlarda Mustafa Doğanın guya 3-6 noyabr 2025-ci il tarixində Bakıda baş tutacaq ravvinlər konfransı ilə bağlı (konfrans txirə salınıb) “Azərbaycan sionizmə təslim olur” başlıqlı bir yazısı paylaşılmışdır.

Yazıda guya Azərbaycanı “Qafqazdakı İsrailə” çevirmək istədiyinə görə Azərbaycan Respublikasının Prezidenti tənqid edilir: “İsraillə qurduğunuz çarpıq ilişkiyə baxmayaraq, “İki dövlət tək millət” parantezinə etnik bir şəhvətlə həbs etdiyiniz sözdə qardaşlıq ədəbiyyatı ilə bizimlə qardaş qalacağınızımı sanırsınız?”.

Yazıya bir şarj da əlavə edilmişdir.

Jurnalist etikasina yad olan bu sərsəmləmələri cavabsız qoymaq mümkün deyil.

Mən Mustafa Doğanın, Süheyla Betül Kentin, Ayşə Mine Dağdələnin və onları dəstəkləyənlərin kimliklərini bilmirəm. Lakin Azərbaycan Respublikasının Prezidenti haqqında paylaşdıqları tərbiyəsiz yazı və şarj onu göstərir ki, onların ürəyində Azərbaycana və bütövlüklə türkə heç bir sayğı yoxdur. Bunlar, eyni zamanda, İlham Heydər oğlunu yəhudi kimi qələmə verməyə çalışan hər kəs Azərbaycanla Türkiyənin arasına inciklik salmağa çalışan cahil və dünyadan xəbərsiz adamlardır. Azərbaycan Prezidentinin mənim müdafiəmə ehtiyacı yoxdur. Sadəcə onu demək istəyirəm ki, sosial mediada fikir bildirən hər kəs gərək sözünün məsuliyyərini də düşünsün. Azərbaycanla İzrailin əlaqələri haqqında fikir bildirmək olar, lakin Azərbaycanın dövlət maraqlarını heç kim öz istədiyi kimi yoza və deyək ki, Fələstinin maraqlarına bağlaya bilməz. İnsanlar və dövlətlər öz tarixlərindən nəticə çıxara-çıxara yaşayırlar. Şəxsən mən türk düşməni olan və Azərbaycan-Ermənistan münaqişəsində ermənilərin yanında dayanan, İslam abidələrinin dağıdılmasına sakit baxan müsəlman ərəbdənsə Azərbaycanın və türkün dostu olan, bizi beynəlxalq səviyyədə müdafiə edən yəhudini daha yüksək tuturam. Qəzzada, Fələstində İzrail silahlılarının cinayətlərini və zülmünü Azərbaycan xalqı qətiyyətlə pisləyir. Lakin bu cinayətlərin səbəbkarı olan İsrail hakimiyyəti ilə özü də soyqırımlar görmüş, qanlı yollardan keçmiş Yəhudi xalqını bir gözlə görmək və bu savaşda güya Azərbaycanın İsraili dəstəklədiyi kimi yalanı ortaya atmaq ağılsızlıqdır. Sizcə, biz millət olaraq kimə daha artıq dəyər verməliyik:dar günlərimizdə bizim düşmənimizə yardım edən müsəlmana , yoxsa yaxşı gündə də, pis gündə də bizə dəstək vermiş yəhudiyə? Məscidlərimizi uçuran xristiana “qardaş” deyib tarixən müsəlman olmuş azərbaycanlıları düşmən elan edəndin İslam dinindən olmasının mənim üçün nə mənası ola bilər? Buna görə də türkiyəli qardaşlarımız yalnız müsəlman birliyi ideyasını bayraq edib tarixin və yaxın keçmişin həqiqətlərinə göz yummaları doğru deyil. Bəli, biz “Bir millət, iki dövlətik” və bu birliyi xalqın dini həssaslığından sui-istifadə edən kimsə poza bilməz.

Sabir Rüstəmxanlı

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 31 Oktyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri