Sabirabadda 42 yaşlı qadın dəm qazından boğularaq ölüb
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Sabirabad rayonunda qadın dəm qazından boğulub.
“Report”un məlumatına görə, hadisə rayonun Axtaçı-Muğan kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 1982-ci il təvəllüdlü Əliyeva Pərvanə Əlimərdan qızı yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.

Sabirabadda 42 yaşlı qadın dəm qazından boğularaq ölüb
01 Dekabr 2024 15:22

