Biləsuvar rayonunda baş vermiş ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub YENİLƏNİB 2 VİDEO
Icma.az bildirir, Azertag portalına istinadən.
Biləsuvar, 7 dekabr, İlkin Adıyev, AZƏRTAC
Biləsuvar rayonunda baş vermiş ağır yol qəzasında ölən 5 nəfərin şəxsiyyəti müəyyən olunub.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində sürücü — 2003-cü il təvəllüdlü Vasif Həsənli, sərnişinlər — 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli və 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə həyatını itirib.
11:01
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, dekabrın 7-də saat 02 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, məlumata görə, V. Həsənlinin idarə etdiyi “Lexus” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb. Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin ölüb.
Araşdırma aparılır.
09.58
Biləsuvar rayonunda ağır və faciəvi yol qəzası baş verib. Hadisə axşam saatlarında rayonun Zəhmətabad kəndi ərazisində qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Lexus” markalı minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində yolun kənarındakı su kanalına aşıb. Güclü zərbə və avtomobilin qısa müddətdə suya qərq olması səbəbindən maşında olan beş nəfər kanalda boğulub.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 08 Dekabr 2025 09:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















