Icma.az
close
up
RU
Sabit məzənnənin nəticəsi KONKRET

Sabit məzənnənin nəticəsi KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan iqtisadiyyatında dedollarlaşma meyilləri artıb. Bunu Milli Məclisin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov 2026-cı ilin büdcə zərfinin müzakirəsində deyib. AMB sədri bildirib ki, 2022-ci ildən bəri Mərkəzi Bank tərəfindən həyata keçirilən islahatlar nəticəsində pul siyasətinin ötürücülük mexanizmi gücləndirilib, iqtisadiyyatda dedollarlaşma meyilləri artıb: “Rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi ilin əvvəlindən 2.1 faiz bəndi azalaraq oktyabr ayı nəticələrinə görə 28.5 faizə enib ki, bu da tarixi minimum göstəricidir. Bu dinamika həm manatla bağlı gözləntilərin müsbət olduğunu, həm də milli valyutamıza inamın gücləndiyini təsdiq edir”.

KONKRET.az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

“Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər”

İqtisadçı Xalid Kərimlinin fikrincə, vətəndaşlar pullarının çox az qismini avro, dollar və digər xarici valyutalarda saxlayırlar, daha çox isə manata üstünlük verirlər: “Mərkəzi Bank dedollarlaşmanı əmanətlərin strukturu ilə müəyyənləşdirir. Yəni insanlar əmanətlərini daha çox manatla yığıb, nəinki dollarla. Səbəblərdən biri manatda gəlirin daha çox olmasıdır. Manatla əmanətdə 11-12 faiz depozit gəliri verilirsə, dollarda bu rəqəm 2.5-3.5-dir. Vətəndaş da görür ki, manatın məzənnəsi uzun müddətdir dəyişmir, sabit olaraq qalır. O səbəbdən də pul itirmək istəmir. Əgər manatla olan depozitin gəlirliliyi azalsa, yaxud dollarla eyniləşsə, o zaman insanlar əmanətlərini daha çox dollarla qoymağa çalışacaqlar. Çünki dollar daha etibarlı valyutadır”.

X.Kərimli bildirib ki, dedollarlaşma bankların gəlirini artırmaq üçün əlverişli vəziyyətdir: “Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsin. Əmanətlərini manatla yatırsınlar ki, iqtisadiyyatda manatın payı artsın. Çünki banklar depozit olaraq götürdüyü məbləği kredit kimi verir. Banklar da kreditdən əlavə gəlir əldə edir. Dedollarlaşma maliyyə sabitliyinə də müsbət təsir göstərir. Mərkəzi Bankın rıçaqlarını, manatın rolunu artırır. İqtisadiyyat üçün müsbət prosesdir”.

Sabit məzənnənin nəticəsi

Bakı Ali Neft Məktəbinin biznesin idarə edilməsi kafedrasının müdiri Altay İsmayılovun sözlərinə görə, dedollarlaşmanın səbəbi insanların manata olan inamı və gəlirin daha çox olmasıdır: “Dedollarlaşma iqtisadiyyatda, maliyyə sektorunda, kredit-depozit hesablaşmalarında dollardan istifadənin azalması, onun yerinə milli valyutaya – manata yönəlmə deməkdir. Azərbaycan üçün dedollarlaşmanın səbəbi budur ki, 10 ilə yaxındır valyuta kursunun sabit saxlanmasına hesablanmış tənzimlənən məzənnə rejimi tətbiq olunur. Yəni dollar-manat kursu sabitdir. İkinci səbəb bankların manatla olan depozitlərə daha yüksək faiz təklif etməsidir. Bu fərq dollarla müqayisədə 3-4 dəfə daha çoxdur. Belə olduğu üçün də bank müştəriləri vəsaitlərini təbii ki, milli valyutada saxlamağa daha maraqlı olurlar. Çünki milli valyutadan daha çox faiz gəliri əldə edilir. Dolların kursu da sabit olduğu üçün dollarla əmanət saxlamaq iqtisadi baxımdan rasional seçim olmur”.

A.İsmayılovun fikrincə, dedollarlaşmanın maliyyə sabitliyinə təsiri ümumilikdə müsbətdir: “Bu, beynəlxalq sferada, qlobal bazarlarda yaranan dalğalanmalar, valyuta kurslarının dəyişməsi baş verdikdə iqtisadiyyatın bundan təsirlənməsinin az olması deməkdir. Mərkəzi Bank da monetar siyasəti daha uğurlu həyata keçirmə imkanı əldə edir. Ölkənin xarici valyutadan asılılığı da azalmış olur”.

“Gələcək neft gəlirlərindən asılıdır”

O bildirib ki, gələcəkdə neft gəlirləri dəyişərsə, vəziyyət də dəyişə bilər: “Gələcəkdə proseslərin necə davam etməsi ölkəyə daxil olacaq valyutanın həcmindən asılı olacaq. Dolayısı ilə bu göstərici ölkəyə daxil olan neft gəlirlərindən birbaşa asılıdır. Neft gəlirlərinə isə iki amil – ixrac edilən neftin həcmi və dünya bazarındakı qiymət təsir edir. Əgər gözlənildiyi kimi ixrac edilən neftin həcmi gələcəkdə də azalmağa doğru getsə, bu, gəlirlərin azalmasına səbəb olacaq. Digər tərəfdən, həcmdən asılı olmayaraq hazırkı tendensiya, yəni neft qiymətlərinin ucuzlaşması davam edərsə, bu da ölkəyə daxil olan valyutanın həcminin azalmasına gətirib çıxara bilər. Belə olduğu halda, bazarın gözləntilərinə uyğun olaraq, dollara olan tələbatın artımını müşahidə edə bilərik. Bu tələbin böyüklüyü dollarlaşma meyilini artıra bilər”.

A.İsmayılovun sözlərinə görə, dedollarlaşma banklar üçün müsbət olsa da, tələbin dəyişməsi fonunda onların çətin vəziyyətdə qalma ehtimalı da var: “Dedollarlaşma həm də bankların xarici valyuta ehtiyatlarına təsir edir. Çünki iqtisadi marağa görə dollarla olan əmanətlər azaldıqda, bu, bankların xarici valyuta ehtiyatlarında azalmaya gətirib çıxara bilər. Neftin dünya bazar qiymətinin dəyişməsi riski ilə üz-üzə qaldıqda, bu hal dollara olan tələbi artıracaq. Dollara tələb artdıqda isə bankların hazırkı xarici valyuta ehtiyatlarının azalması öz mənfi təsirini göstərəcək. Bütün bu deyilənlərə baxmayaraq, əgər qlobal və lokal bazarda vəziyyət stabil davam edərsə, bu halda dedollarlaşmanın iqtisadiyyat üçün müsbət bir hal olduğunu demək olar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Dekabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri