Icma.az
close
up
RU
Sabitlik və tərəqqi yolu

Sabitlik və tərəqqi yolu

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan və Vyetnam Respublikaları arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri artıq yarım əsrdən çox tarixə malikdir. Bu münasibətlər qarşılıqlı hörmətə, əməkdaşlıq ruhuna və ortaq maraqlara əsaslanır. İki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri və müxtəlif sahələr üzrə qurulmuş əlaqələr bu münasibətlərin dərin köklərə malik olduğunu bir daha sübut edir. Mayın 7-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana dövlət səfəri bu münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Azərbaycanla Vyetnam arasındakı münasibətlərin tarixi əsası ötən əsrin ortalarına gedib çıxır. 1959-cu ildə Vyetnamın görkəmli lideri Ho Şi Minin Azərbaycan SSR-ə səfəri və 1983-cü ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Vyetnama səfəri bu əlaqələrin ilkin təməlini qoyub.

Bu səfərlər yalnız rəsmi diplomatik münasibətlər üçün deyil, həm də xalqlar arasında dostluğun yaranması baxımından əlamətdar hadisələr olmuşdur. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama etdiyi dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfəri ikitərəfli münasibətlərdə yeni səhifə açdı. Bu səfərlər çərçivəsində keçirilmiş Birinci Azərbaycan-Vyetnam biznes forumu müxtəlif sahələrdə əməkdaşlığın inkişafına təkan verdi. Neft-qaz, energetika, inşaat, informasiya texnologiyaları, maliyyə, sənaye, turizm və digər sahələr üzrə aparılan müzakirələr və razılaşmalar bu əlaqələrin konkret nəticələrə yönəldiyini göstərdi. İkitərəfli əməkdaşlığı dərinləşdirmək məqsədilə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Bu platforma iqtisadi, elmi, texniki və ticarət əlaqələrinin sistemli şəkildə inkişafına xidmət edir. Bununla yanaşı, Xarici İşlər nazirlikləri xətti ilə aparılan siyasi məsləhətləşmələr iki ölkə arasında strateji baxımdan əhəmiyyətli bir təmas nöqtəsidir. Sonuncu belə məsləhətləşmələr 2025-ci ilin aprelində keçirilib və münasibətlərin daha da möhkəmləndirilməsinə yönəlib. Azərbaycan və Vyetnam BMT və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir və qlobal məsələlərə dair mövqelərini uzlaşdırır. Bu əməkdaşlıq, ölkələrin beynəlxalq arenada daha aktiv və əlaqəli şəkildə iştirakına şərait yaradır.
İkitərəfli ticarət əlaqələri də müsbət dinamika nümayiş etdirir. 2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsi 223,93 milyon ABŞ dolları təşkil edib. Bu, qarşılıqlı iqtisadi əlaqələrin potensialını nümayiş etdirən mühüm göstəricidir. Xüsusilə, neft sənayesi sahəsindəki əməkdaşlıq tarixi təməllərə əsaslanır. Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin formalaşmasında əhəmiyyətli rol oynamışlar. Bu sahədə 2019-cu ildə imzalanmış SOCAR ilə “Binh Son Refinery and Petrochemical Company” arasındakı müqavilə əməkdaşlığın davamlı və strateji olduğunu göstərir. Azərbaycan və Vyetnam arasında mədəni və humanitar sahədə əməkdaşlıq dərin tarixi köklərə malikdir. Sovet dövründə Azərbaycanda təhsil almış 5 minə yaxın vyetnamlı bu gün də iki ölkə arasında əlaqələrin canlı daşıyıcılarıdır. Azərbaycanın Heydər Əliyev Fondu da Vyetnamda humanitar layihələrin həyata keçirilməsində aktiv iştirak edir.
2018-ci ildə Ha Giang əyalətində məktəb tikintisi və 2024-cü ildə Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərilməsi bu fəaliyyətlərin bariz nümunələridir. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana edəcəyi ilk rəsmi səfəri ikitərəfli münasibətlər baxımından mühüm mərhələdir. Bu səfər tərəflər arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradacaq. Partiyalararası dialoqun inkişafı, həmçinin strateji əməkdaşlığın siyasi və ideoloji zəmində daha da möhkəmləndirilməsinə xidmət edəcək. Azərbaycan və Vyetnam arasında əməkdaşlığın gələcək perspektivləri olduqca genişdir.
Turizm sahəsində, xüsusilə də Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqələrinin yaradılması qarşılıqlı turizm axınının artmasına və xalqların bir-birini daha yaxından tanımasına səbəb ola bilər. Bundan əlavə, təhsil sahəsində də əməkdaşlıq genişlənməkdədir. Vyetnamlı tələbələrin Azərbaycanda təhsil alması, mübadilə proqramları və elmi-tədqiqat layihələrinin icrası bu istiqamətdə əsas prioritetlərdəndir. Səhiyyə, ekologiya və mədəniyyət sahələrində birgə layihələr, humanitar missiyalar və innovativ təşəbbüslər də əməkdaşlıq üçün geniş imkanlar açır. Nəticə olaraq, Azərbaycan ilə Vyetnam arasında mövcud olan dostluq münasibətləri təkcə keçmişin mirası deyil, eyni zamanda gələcəyə doğru atılan strateji addımlardır. Bu əlaqələr qarşılıqlı maraq və etimada əsaslanır və hər iki ölkənin rifahı naminə yeni üfüqlər açmağa davam edir.

Varis Rüstəmov
YAP Sabirabad rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 May 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri