Icma.az
close
up
RU
Şabranda selin fəsadları hələ də aradan qaldırılmayıb VİDEO

Şabranda selin fəsadları hələ də aradan qaldırılmayıb VİDEO

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Şabranın Surra kəndində selin fəsadları hələ də aradan qaldırılmayıb.

Hurriyyet.Media  məlumatına görə, ötən və bu il yağan güclü yağışlar nəticəsində kəndin içindən keçən çay üzərində yerləşən həm piyada, həm də avtomobil körpüsü sel sularına tab gətirməyərək dağılıb.

Sakinlərin sözlərinə görə, sel baş verən gündən bu vaxta qədər məsələ həllini tapmayıb.

Kənd sakinləri deyirlər ki, Surra kəndinin sakinləri bu çayın ayırdığı iki sahə arasında körpüsüz qalıblar. Hər yağışdan sonra çayın səviyyəsi yüksəlir və keçmək tamamilə mümkünsüz olur. Onlar problemin qısa zamanda həll edilərək yeni körpülərin inşa olunmasını istəyirlər. Sakinlər deyir ki, problemlə bağlı dəfələrlə Şabran Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, indiyədək körpülərin bərpası istiqamətində hər hansı iş görülməyib.

Şabran şəhər İnzibati ərazi dairə üzrə nümayəndəliyin baş məsləhətçisi Rəşad Əmrahov “Xəzər Xəbər”ə bildirdi ki, 2026-cı ilin mart-aprel aylarındakı təkrar sel fəlakətləri beton örtükləri yenidən sıradan çıxardıb. Aparılan qiymətləndirmədən sonra bəlli oldu ki, həmin ərazidə eyni tipli boruların yenidən quraşdırılması həm sakinlərin təhlükəsizliyi, həm də nəqliyyatın hərəkəti üçün ciddi risk yaradır.

Baş məsləhətçi əlavə edib ki, 2022-ci ilin noyabrında ərazidə 8 ədəd beton borudan ibarət avtomobil keçidi quraşdırılmışdı. Lakin 2025-ci ilin aprelində sel həmin qurğunu dağıdıb və sonradan bərpa edilib.

Hurriyyet.Media  mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Avqust 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri