Sabunçu və Binəqədinin qazı KƏSİLƏCƏK
Icma.az, Modern.az saytına istinadən bildirir.
Paytaxtın Sabunçu və Binəqədi rayonlarının bəzi hissələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Modern.az xəbər verir ki, "Buzovna 1-97" QTM-dən qidalanan qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, Pirşağı-Novxanı-Xırdalan-M4 yeni avtomobil yolunun tikintisi ilə əlaqədar "Bilgəh-1" qaz xəttinin tikinti sahəsinə düşən hissəsinin təhlükəsiz əraziyə köçürülməsi və birləşmə işlərinin aparılması, həmçinin Binəqədi rayonu, S.S.Axundov küçəsi 37 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının təbii qazla təmin olunması məqsədilə 30.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Nardaran və Pirşağı qəsəbələrinin, Bilgəh qəsəbəsi, Ləhic bağlarının, Pirşağı qəsəbəsi, Sovxoz yaşayış massivinin və Binəqədi rayonu üzrə S.S.Axundov, A.Kunanbayev, Aydınbəyov, İ.Hacıyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 30 Yanvar 2025 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















