Sabunçuda kollektorda qəza Su çöllük əraziyə axır+Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Paytaxtın Sabunçu rayonunda, Balaxanı və Məmmədli kəndləri arasındakı ərazidə su axıntısı yaranıb.
“Qafqazinfo” xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidə təxminən 2-3 gündür əsas kollektorda qəza baş verib.
Nəticədə, su çöllük əraziyə axaraq burada gölə bənzər sahə yaradıb.
Vətəndaşlar bildirirlər ki, içməli su ilə bağlı çətinlik yaşadıqları halda böyük həcmdə suyun əraziyə axması narahatlıq doğurur.
Onların sözlərinə görə, qəza ilə bağlı ərazidə uzun müddət heç bir müdaxilə olmayıb.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Balaxanıda çöllük ərazidə müşahidə olunan su axıntısı vantuzda baş verən nasazlıqla əlaqədardır.
Qurumun məlumatına görə, Bakı Sukanal İdarəsinin briqadası əraziyə cəlb olunub. Mövcud problemin aradan qaldırılması istiqamətində işlər görülür.
Daha ətraflı “Baku TV”nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 04 Sentyabr 2026 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















