Icma.az
close
up
RU
Saç əkimi cərrahı: Kişilərdə tüklər sinədən, ayaqdan, kürəkdən, saqqaldan götürülə bilir...

Saç əkimi cərrahı: Kişilərdə tüklər sinədən, ayaqdan, kürəkdən, saqqaldan götürülə bilir...

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Saç tökülməsinin və keçəlliyin səbəbləri müxtəlifdir. Lakin 98 faiz hallarda saçlar genetik səbəblərdən tökülür və bu hala daha çox kişilərdə rast gəlinir.

Qadınlarda isə hamiləlik dövründə və körpəyə süd verən zaman saç tökülməsi ola bilər ki, bunun da müalicəyə ehtiyacı yoxdur. Laktasiya dövrü keçəndən sonra bu problem aradan qalxır və saçlar bərpa olunur. Bu zaman qadınlar sadəcə vitamin qəbul edə bilərlər.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının saç əkimi cərrahı Rəşad Əliyev deyib.

- Normada gün ərzində neçə tük tökülməlidir? Saç tökülməsini artıran səbəblər hansılardır?

- Normal insanın başında 120 min tük follikulu var. Gün ərzində 100-150 tükün tökülməsi adi haldır. Yaşadığı mühiti dəyişmək, qapalı iş yerində işləmək, stress saç tökülməsini artıran səbəblərdir. Lakin, bu heç də keçəllik deyil. Bəzən qidalanmanın keçəlliyə səbəb olduğunu da deyirlər. Lakin bu doğru anlayış deyil və qidalanma keçəllik yarada bilməz. Saç tökülməsinə hər iki cinsdə rast gəlinsə də, keçəllik daha çox kişilərdə müşahidə olunur. Çünki hormon və genlər burada mühüm rol oynayır. Qadınlarda da bəzən kişi tipli keçəllik yaranır. Yəni başın ön tərəfində saç daha çox tökülür.

- Saç tökülməsinə qarşı bir çox şampunlar reklam olunur. Bu barədə nə deyə bilərsiniz? Şampun saç tökülməsinin qarşısını ala bilərmi?

- Saç tökülməsinə qarşı şampun yoxdur. Şampun sadəcə yuyucu vasitədir. Onun tərkibində kimyəvi maddələr olduğu üçün dəridən qana sovrula bilməz. Lakin dərman vasitəsi kimi istifadə olunan şampunlar var ki, onlar istisnadır.

Bəzən saç tökülməsi ilə keçəllik səhv salınır. Dediyim kimi, stress də saç tökülməsinə səbəb ola bilər. Keçəllik isə 98 faiz genetikdir. Saçlarda yağlanma və zəifləmə varsa, pasiyentin saçının dibinə öz qanının plazması vurulmalıdır. Altı seanslıq müalicə nəticəsində tökülmə və yağlanma dayanır.

- Saç əkimi necə icra olunur? Bunun hansı üsulları var?

- Saç əkimi təxminən yarım əsrdir ki, icra olunur. İlk dəfə bu üsul Koreyada tətbiq olunsa da, daha çox yunanlar tərəfindən inkişaf etdirilib. Bizə də müasir inkişaf forması çatıb. Saç əkimin iki növü var: fut və fue. Fut üsulundan başın ənsə nahiyəsindən dəri kəsib götürülür. Bu prosesin mənfi cəhəti götürülən hissədə çapıq izinin qalmasıdır və estetik olaraq problem yaradır. Bu gün dünyada daha çox istifadə olunan fue üsuludur. Bu zaman saç kökləri tək-tək götürülərək başqa nahiyəyə əkilir. Həm qadınlara da, həm də kişilərə tətbiq olunan bu metodun üstün cəhəti çapıq izinin qalmamasıdır. Bu zaman insanların gündəlik həyata qayıtması da daha tez olur. Bu üsulun tətbiqi də ağrısızdır, yerli keyləşdirmə ilə həyata keçirilir. Əməliyyatdan sonra dərman qəbul edilmir. Əkilən yerdə isə tüklər daha yaxşı inkişaf edir. Qadınlarda və kişilərdə tətbiq üsulları nisbətən fərqlənir. Qadınlar saçlarını tam qırxdırmadıqlarına görə fuemtab metoduda üstünlük verilir. Bu zaman əkilən saçlar tökülmür və onlara 70 il zəmanət verilir.

- Saç əkilməsi üçün donor tüklər haradan götürülür?

- Bu tüklər əsasən başın ənsə hissəsindən götürülsə də, donor sahəsi müxtəlifdir. Bu sahə yetərli olmayanda kişilərdə tüklər sinədən, ayaqdan, kürəkdən, saqqaldan götürülə bilir. Onu da qeyd edim ki, saç əkimində pasiyentin yalnız öz tüklərindən istifadə olunur. Qadınlarda bəzi hallarda donor tüklər qoltuq altından da götürülə bilər.

- Saç əkimi prosesi nə qədər davam edir? Əməliyyatdan sonra nələrin edilməsi qadağandır?

- Proses təxminən 3-5 saat davam edir. Saç əkimindən dörd gün sonra saçlar yuyula bilər. Qadınlar saçlarını yuyarkən ehtiyatlı olmalıdırlar. Saçlara altı həftədən tez xına, boya vurmaq olmaz və onlar normal qaydada qurulanmalıdır. Fendən çox istifadə tövsiyə edilmir. Saçları kəsmək olar. Çünki bu zaman saçın yüklənməsi azalır.

- Əkilən saçlar nə zaman çıxmağa başlayır?

- Saçlar əkildikdən altı həftə sonra tökülür və iki ay sonra yenidən çıxmağa başlayır. Əkilən saçın 50 faizi altı ay ərzində çıxır. Tam inkişaf etməsi üçün ideal zaman 10 aydır. Keçəl insanlarda bəzən proses iki dəfə icra olunur. Orqanizmdən asılı olaraq saçın çıxması prosesi ləngiyə və ya tezləşə bilər. Elə pasiyent var ki, əkilən saçın yarısı beş aydan sonra çıxır. Bəzilərində isə bu müddət ərzində saçın yalnız 30 faizi çıxır. Amma bu son nəticələrə təsir etmir. Yəni əkilən saçların hamısı inkişaf edir və tədricən müsbət nəticə əldə olunur.

- Saç əkimi kimlərə tətbiq olunmur?

- Saç əkimi hemofiliya xəstələrinə, qanın laxtalanmasında problem yaşayanlara, immun sistemi ilə bağlı keçəlliyi olanlara tətbiq olunmur. Onu da qeyd edim ki, əksər hallarda keçəlliyi olanlarda saçın kökləri qalır və bu problem sadəcə müalicəyə tələb edir.

- Neçə yaşdan sonra saç əkimi üçün müraciət etmək olar? Bu prosedurun mənfi cəhətləri nələrdir?

- Saç əkimi üçün 17 yaşdan yuxarı müraciət etmək olar. Donor hissə pasiyentin öz toxumasından alınır və ən təhlükəsiz tibbi metodlardan biri hesab edilir. Saç əkiminin heç bir mənfi təsiri yoxdur. Bir dəfə tətbiq olunur və ömür boyu qalır.

- Saç ilə bağlı oxuculara nə məsləhət görərdiniz?

- Saçlarını hər gün yusunlar. Yağlı saç tipi olanlar saçın dibinə yağ vurmasınlar. Xanımlar bacardıqca saç qaynaqlarından az istifadə etsinlər. Çünki qaynaqlar saçı demək olar ki, məhv edir. Keçəlliyin yaranmasının bir səbəbi də dartılmadır. Buna qaynaq kimi saçı dartıb yığmaq da aiddir. Saçları çox isti su ilə yumaq tökülmə yaratmasa da, ziyandır. Saçlar maksimum temperaturu 37-38 dərəcə olan su ilə yuyulmalıdır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see348

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see248

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see215

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see179

Ölümcül xəstəliyin çarəsi

03 Sentyabr 2025 23:31see153

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see143

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see139

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see139

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see136

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see134

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see126

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see121

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see121

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see121

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see117

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see117

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri