Icma.az
close
up
RU
Şirniyyatı kəsməyin rahat yolu Çərəz yeyin

Şirniyyatı kəsməyin rahat yolu Çərəz yeyin

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qəlyanaltı kimi qoz fındıq yemək şirniyyata olan istəyi azaldır.

Milli.Az xəbər verir ki, Vanderbilt Universitetinin tibb mərkəzində aparılan araşdırma göstərib ki, gündəlik rasionda yeməklər arasında qoz fındıq və digər quru meyvələr ilə qəlyanaltı etmək şirniyyata olan meyli azaldır.

Nəticələr "Nutrients" jurnalında dərc edilib.

Araşdırmada 22-36 yaş arasında olan 84 nəfər iştirak edib. Onların artıq çəkisi var idi və metabolik sindrom təhlükəsi yaradan ən az bir göstərici mövcud idi. Bu vəziyyət qarın nahiyəsində yağ artımı təzyiqdə dəyişikliklər lipid balansında pozuntu və insulinə həssaslığın azalması kimi əlamətlərlə özünü göstərir.

On altı həftə davam edən sınaqda iştirakçılar təsadüfi şəkildə iki qrupa ayrılıb. Birinci qrup badam qoz fıstıq pakan keşyu kimi çərəz növləri ilə qəlyanaltı edib. İkinci qrup isə adi karbohidrat əsaslı qəlyanaltılar yəni peçenye kraker və şokoladlı batonlar yeyib. Hər iki qrupun qəlyanaltıları eyni kaloriyə malik idi.

Qoz fındıq yeyən qrupda şirniyyata və fаstfuda qəfil istək hadisələri nəzərəçarpacaq dərəcədə azalıb. Onların rasionunda şirniyyat və duzlu qəlyanaltıların payı aşağı düşüb və zülak mənbələrinin payı artıb. Digər qrupda isə ciddi dəyişiklik olmayıb. Hətta meyvə istehlakı bir qədər azalıb.

Alimlər bildirir ki rasionda edilən bu cüzi dəyişiklik yəni çərəz ilə qəlyanaltı etmək metabolik risk əlamətləri olan gənclərdə qidalanma davranışını yaxşılaşdıra bilər. Bu dəyişiklik yüksək kalorili yeməklərin yalnız dad üçün qəbul edilməsini azaltmağa kömək edə bilər.

İsmayıl
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Dekabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri