Icma.az
close
up
RU
ŞAD XƏBƏR Kredit faizlərinin bir hissəsini bu təşkilat ödəyəcək

ŞAD XƏBƏR Kredit faizlərinin bir hissəsini bu təşkilat ödəyəcək

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda müəyyən dəyişikliklər edilib.
 

Dəyişikliyə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı xərclərinin  maliyyələşdirilməsi məqsədilə müvəkkil təşkilatların vəsaiti hesabına sahibkarlıq subyektlərinə 1 (bir) il müddətinədək verilən kreditlərin əsas borcu üzrə hesablanmış faizlərin Agentliyin vəsaiti hesabına maliyyələşdiriləcək hissəsinin ödənilməsi Agentliyə dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına təmin ediləcək.


Eyni zamanda sahibkarlıq subyektlərin müraciətlərinə baxılma müddəti də optimallaşdırılıb. Müvəkkil təşkilat tərəfindən müraciətlərin qeydiyyata alındığı tarixdən 15  iş günündən gec olmayaraq və təqdim edilən müəyyən edilmiş göstəricilərə uyğunluğu Agentlik tərəfindən isə 10 iş günü müddətində yoxlanılaraq, veriləcək kredit məbləğinə mütənasib hesablanan faiz məbləği təsdiqlənir və ya müvəkkil təşkilata əsaslandırılmış imtina məktubu göndərilir.
Sahibkarlıq subyekti kredit vəsaitini, bu Qaydanın 6-1.1-ci bəndinə uyğun olaraq, onun müraciəti zamanı bəyan edilmiş təyinat üzrə EKTİS-in “aqrar ticarət altsistemi vasitəsilə təchizatçıların hesablarına köçürür.
Kredit müqabilində müvafiq məhsul, iş və xidmətlərin təhvil verilməsini təsdiq edən sənədlər təhvilverənin razılığı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə EKTİS-ə inteqrasiya edilir.
 

Həmçinin, həyata keçirilən monitorinq zamanı kredit vəsaitindən 3 ay müddətində istifadə edilməməsi və ya təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, Agentlik tərəfindən faizlərin maliyyələşdirilən hissəsinin hesablanması və ödənilməsi dayandırılır.


Fərmana əsasən, Maliyyə Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə 2026-cı ilin dövlət büdcəsindən kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi məqsədilə ayrılmış vəsaitin 10 milyon manatlıq hissəsinin nəzərdə tutulan kreditlərin faizlərinin maliyyələşdirilməsi üçün istifadə edilməsi ilə bağlı tədbirlər görməli, kreditlərin faizlərinin maliyyələşdirilməsi məqsədilə tələb olunan vəsaiti növbəti illərdə dövlət büdcəsinin layihəsində nəzərdə tutmalıdır.
Bəs, bu Fərman aqrar sektorun inkişafına necə töhfə verəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Vüqar Bayramov deyir ki, cənab Prezidentin imzaladığı Fərman aqrar sektorun inkişafı üçün çox vacibdir:
“Fərmana əsasən aqrar sektora verilən kredit faizlərinin bir hissəsi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödəniləcək. Eyni zamanda, 2026-cı ilin Dövlət Büdcəsində kənd təsərrüfatı istehsalçılarına subsidiyaların ödənilməsi məqsədi ilə 10 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Həmin vəsaitdən həm də kredit faizlərinin ödənilməsi planlaşdırılır. Yeni qaydalar ilk növbədə fermerlər üçün kreditləri daha əlçatan edəcək. Məsələn, müvəkkil bank cəmi 15 gün ərzində fermerin müraciətinə baxıb cavab verməlidir. Maliyyələşmədən imtina edilərsə, o zaman bank bunu ciddi şəkildə əsaslandırmalıdır. Üstəlik, bankın imtina, həm də müsbət qərarı bundan sonra 10 gün ərzində Agentlik tərəfindən yoxlanılacaq və müvafiq addımlar atılacaq”.
Müsahibimiz daha bir vacib məqama toxunub:
“Müsbət məqamlardan bir də odur ki, fermerlər yeni qayda ilə 2026-cı ildə kredit əldə edə biləcəklər. Bir daha qeyd edirəm ki, verilən kredit faizlərinin müəyyən hissəsi Agentlik tərəfindən ödəniləcək. Bu da kredit yükünü azaldacaq və fermerlərin asanlıqla dövriyyə vəsaiti əldə etmələrinə imkan yaradacaq. Təbii ki, bu cür yanaşa aqrar sektorun inkişafında yeni səhifə açacaq”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Mart 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri