Sadık Qardiyanoğlu: Türk dövlətlərində ailə dəyərləri bizi birləşdirən mənəvi sütunlardır
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 12 iyun, AZƏRTAC
Türk dövlətlərində ailə dəyərləri bizi birləşdirən mənəvi sütunlar olmaqla yanaşı, cəmiyyətlərimizin möhkəm təməlini təşkil edir.
AZƏRTAC xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının əmək və sosial müdafiə naziri Sadık Qardiyanoğlu Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən nazirlərin görüşündə deyib.
O qeyd edib ki, Azərbaycanda keçirilən bu iclas, qadınların və ümumilikdə cəmiyyətin gələcəyi üçün əməkdaşlıq və həmrəylik içində çalışdığımızın bariz nümunəsidir.
“İnanırıq ki, qadınların cəmiyyətdəki yerini gücləndirmək, təkcə gender bərabərliyi məsələsi deyil, gələcəyimizin quruluşudur. Qadınların daha aktiv, daha güclü, daha görünən olduğu gələcək daha ədalətli, daha inkişaf etmiş və daha dayanıqlı olacaq. Biz qadınların təhsilini dəstəkləməyə, onların sahibkarlıq təşəbbüslərini və siyasi həyatda iştirakını təşviq etməyə qətiyyətlə sadiqik. Bu istiqamətdə atılacaq hər addım, təkcə qadınların deyil, bütün toplumların rifahına və inkişafına xidmət edəcək”, - deyə nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 12 İyun 2025 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















