Icma.az
close
up
RU
Türk dövlətlərində iqtisadi artım

Türk dövlətlərində iqtisadi artım

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2024-cü ilin yekunlarına dair buraxılışı nəşr edilib. İİTKM-in nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin hazırladığı icmalda 2024-cü il üzrə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın, həmçinin müşahidəçi üzvlər olan Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının (ŞKTR) iqtisadi göstəricilərinin təhlili təqdim edilir. İcmal son iqtisadi inkişaf göstəricilərinə əsaslanaraq TDT üzvlərinin potensialı və qlobal iqtisadiyyata təsirini qiymətləndirir.

2024-cü ildə Türk dövlətləri 2,11 trilyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 1,8 faizlik paya sahib olub, əhalisi isə 178,8 milyon nəfər ilə qlobal əhalinin 2,8 faizini təşkil edib. Bu göstəricilər Türk dövlətlərinin həm iqtisadi, həm də demoqrafik baxımdan mühüm yer tutduğuna dəlalət edir.

Hesabat dövründə Türk dövlətləri 3,2 faizlik qlobal artım tempi ilə müqayisədə 5,2 faiz ÜDM artımı ilə daha sürətli inkişaf nümayiş etdirib. Qırğızıstan 9 faiz, Türkiyə isə qrupun ən böyük iqtisadiyyatına sahib olmaqla 3,2 faiz iqtisadi böyüməyə nail olub. Türkmənistanda iqtisadi artım 6,3 faiz, ŞKTR-də 7,3 faiz təşkil edib. Azərbaycan, Qazaxıstan və Özbəkistan müvafiq olaraq 4,1 faiz, 4,8 faiz və 6,5 faiz artım tempini nümayiş etdirərək sənaye və kənd təsərrüfatı sektorunda davamlı inkişafı təmin edib. Macarıstanda ÜDM artım tempi 0,5 faiz təşkil edib.

Ticarət dövriyyəsi həm qlobal inteqrasiya, həm də TDT ölkələri arasında iqtisadi inteqrasiya üçün əhəmiyyət daşıyır. 2024-cü ildə Türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,17 trilyon dollar təşkil edib ki, bu da 33 trilyon dollar həcmində olan qlobal ticarət dövriyyəsinin təxminən 3,5 faizinə bərabərdir. TDT 2025-ci ilə qədər üzv dövlətlər arasındakı ticarət dövriyyəsini ikiqat artırmağı və 100 milyard dollar hədəfinə çatmağı qarşısına məqsəd qoyub ki, bu, regiondakı iqtisadi əlaqələri daha da gücləndirəcək.

Türkiyə ən yüksək ticarət dövriyyəsinə malik olmaqla, 605,88 milyard dollar ilə liderlik edir. Qazaxıstan və Özbəkistan isə müvafiq olaraq 141,41 milyard dollar və 65,93 milyard dollar ilə ticarət həyata keçirib. Qazaxıstanda və Özbəkistanda kənd təsərrüfatı və sənaye sektorlarında davamlı ixrac artımı müşahidə edilib. Azərbaycan 5,27 milyard dollar miqdarında müsbət ticarət balansına nail olub. Bu göstəricilər bölgədəki ticarət dinamikalarının fərqliliyini və Türk dövlətlərinin güclü ixrac performansından faydalandığını göstərir.

Sənaye sektorunda Türkiyə və Qazaxıstan müvafiq olaraq 3,7 faiz və 2,8 faiz artımla liderlik edib. Bu artıma genişmiqyaslı istehsal və infrastruktur layihələri təsir göstərib. Digər tərəfdən, kənd təsərrüfatı sektorunda Qazaxıstan 13,7 faiz ilə ən güclü artım nümayiş etdirib. Qırğızıstan və Özbəkistan da kənd təsərrüfatında müvafiq olaraq 6,3 faiz və 3,1 faiz artım əldə edib. Macarıstan isə -10,4 faiz azalma göstərib ki, buna Avropada kənd təsərrüfatı sahəsində genişmiqyaslı problemlərin səbəb olduğu ehtimal edilir.

İnvestisiyalar, xüsusilə sabit kapital sahəsindəki investisiyalar uzunmüddətli artım üçün çox vacibdir. 2024-cü ildə Qazaxıstan və Türkiyə sabit kapital investisiyalarında müvafiq olaraq 7,5 faiz və 6,1 faiz artım nümayiş etdiriblər, bu da infrastruktur, enerji və istehsal sahələrinə edilən böyük investisiyalarla dəstəklənib. Qırğızıstan və Özbəkistan da sabit kapital investisiyalarında sağlam artım göstərərək xarici birbaşa investisiyalarını artırıb və işgüzar mühitlərində müsbət inkişaf əldə ediblər.

Türk dövlətlərində bank sektoru da əhəmiyyətli artım nümayiş etdirib. Hesabat dövründə Qırğızıstanın bank sektorunun cəmi aktivlərində 3,8 faiz, Qazaxıstanda 20 faiz, Özbəkistanda 18 faiz, Türkiyədə 16 faiz artım olub. Bu göstəricilər iqtisadi inkişafı və investisiyaları dəstəkləyən maliyyə xidmətlərinin güclənməsinə əsaslanır. Macarıstanın bank sektoru isə daha mülayim artım göstərib.

Dövlət büdcəsinin performansı iqtisadi sağlamlığın digər vacib göstəricisidir. Türkiyə dövlət büdcəsi gəlirlərində 66,5 faiz, dövlət büdcəsi xərclərində isə 63,6 faiz olmaqla ən yüksək artımı qeydə alıb. Azərbaycan, Qazaxıstan və Özbəkistan həm gəlirlər, həm də xərclər sahəsində sabit artım göstərərək effektiv maliyyə idarəetməsi nümayiş etdirib. Qırğızıstan daha yüksək fiskal kəsirə malik olsa da, dövlət büdcəsi gəlirlərində əhəmiyyətli artım əldə edib. Türk dövlətləri ÜDM artımı və ticarət dövriyyəsi baxımından qlobal artımı üstələyib və əhəmiyyətli investisiyalara nail olub.

Türkiyə, Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqlər daha sıxdır. Türkiyə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə qoyub və ölkələrimiz arasında investisiya üzrə işbirliyi genişlənir. Eləcə də Azərbaycan sərmayəçiləri ölkələrimiz üçün vahid ekosistemin iştirakçıları kimi çıxış etmək əzmindədirlər. Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 20 mlrd. ABŞ dollarınadək investisiya yatırılıb. Türkiyə şirkətləri işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yenidən qurulmasında daha fəaldır. Azərbaycanın xarici ticarətində Türkiyə 2-ci yerdə olmaqla mühüm paya malikdir. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2025-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin 28,1 faizi İtaliya, 9,5 faizi Türkiyə, 8,1 faizi Rusiya, 7,5 faizi Çin, 5,6 faizi Almaniya, 4,5 faizi Avstraliya, 4,1 faizi Çexiya, 3,8 faizi Birləşmiş Krallıq, 3,7 faizi Xorvatiya, 3,5 faizi Meksika, 2,3 faizi Rumıniya, 2,2 faizi Portuqaliya, 2,1 faizi Yunanıstan, 1,4 faizi Gürcüstan və s. digər ölkələrlə aparılmış ticarət əməliyyatlarını əhatə edir.

Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsi, qarşlıqlı investisiyalar getdikcə artdır. Orta Dəhliz üzrə nəqliyyat-tranzit daşımalarında da artım var. 500 milyon dollarlıq kapitala malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin xətti ilə 8 layihə üzrə işlər görülür.

Geyim istehsalı sahəsində yaxşı təcrübəsi olan Özbəkstanın biznes dairələri Azərbaycanda bu sektora nöyük maraq göstərirlər. Hətta ortalıqda konkret fəaliyyət və investisiya yatırımları da var. Belə ki, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki açılıb. Ərazisi 1,2 hektar olan fabrikin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. İndiyədək 5,5 milyon manat investisiya qoyulub. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Həmçinin fabrik tam gücü ilə işlədikdən sonra yerli pambıq xammalı əsasında parça toxunması üçün istehsal sahəsinin yaradılması nəzərdə tutulur. Ümumilikdə burada 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 300 nəfər hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib. Müəssisə fəaliyyətə başlayandan bəri 50 minə yaxın idman köynəyi istehsal edilib. Bu il 924 min ədəd köynək istehsalı planlaşdırılır. Gələcəkdə isə Xankəndi tikiş fabrikində ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal edilməsi nəzərdə tutulur. Fabrikdə istehsal olunacaq məhsullar müxtəlif ölkələrə də ixrac ediləcək.

Azərbaycan tərəfi də Özbəkistana sərmayə yatırmaqda maraqlıdır. 2024-cü ildə Daşkənddə ofisinin açılışı olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında qarşılıqlı investisiyalar sahəsində əməkdaşlığın uğurlu inkişafına töhfə verə bilər. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 2023-cü ilin dekabrında Özbəkistanda “Azerbaijan Uzbek İnvestment” MMC Birgə Müəssisəsi (AUİC) kimi qeydiyyatdan keçib. Qurumun missiyası iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkətlərin kapitalında 49%-dək paya sahib olmaqla biznesin genişləndirilməsi və gələcək inkişafı üçün maliyyələşməni təmin etməkdir. Ofisi Daşkənd şəhərindəki “Trilliant Tower 1” Biznes Mərkəzində yerləşən investisiya şirkətinin nizamnamə kapitalı 500 mln. ABŞ dollarıdır. Birgə müəssisənin strateji məqsədi idxalı əvəz edən və yüksək texnologiyalı məhsul istehsalının təşviqi, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, emal sahələri və innovasiyaların inkişafı, xarici investisiyaların cəlb edilməsidir.

Mahir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 02 Aprel 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see287

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see268

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see267

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see260

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see254

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see241

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see236

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see233

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see232

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see229

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see227

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see223

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see217

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see214

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see213

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see210

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see206

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see196

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see191

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri